Nida Təhlil
Bu məsələlər geniş müzakirə olunacaq – Fazil Mustafa
“Regional əməkdaşlıqla bağlı müxtəlif formatlar təklif oluna bilər. Bu, maraqlara uyğun olmalıdır. Bölgədə bütün dövlətlərin, o cümlədən İranın aktiv inteqrasiya və kommunikasiyaların açılma prosesində iştirak etməsini vacib sayırıq”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin Bakı səfərini şərh edərkən deyib. Millət vəkili bildirib ki, ona görə də İranın təkliflərini dəyərləndirməliyik:
“Bu istiqamətdə müzakirələr aparmalıyıq. Təbii ki, biz daha çox İran-Rusiya-Azərbaycan, Azərbaycan-Türkiyə-İran formatında da müxtəlif istiqamətlərdə əməkdaşlıq imkanlarını müzakirə etməliyik. Eyni zamanda, bölgə ilə bağlı və regionda olan bütün dövlətlərin maraqlarını təmin edə biləcək uzlaşma prosesinin həyata keçirilməsi ümumi işlərin faydasına olardı”.
BQP sədri düşünür ki, bu məsələlər müzakirə olunmalıdır. Hər halda təkliflərin hamısı dəyərləndirilməlidir:
“Xoş niyyətli, inteqrasiya üçün vacib sayıla biləcək addımların hamısı müzakirə olunmalıdır. İran Xarici İşlər nazirinin Bakıya səfəri ciddi əhəmiyyət daşıyır. Qarabağ savaşı dövründən sonra İranın mövqeyində hansı yanaşmaların olacağı bizim üçün maraqlıdır. Hər halda biz bu prosesdə İranla münasibətlərin daha da irəliyə aparılmasında, daha da yaxşı, sistemli əlaqələrin qurulması və bölgənin dirçəlişində İranın da aktiv rol almasında maraqlıyıq. Bu məsələlər geniş müzakirə olunacaq”.
Tural Turan
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya17 Aprel 18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var
-
Yaxın Şərq17 Aprel 17:47
İsrail qərar verdi: İranın hücumuna belə cavab verəcəklər