Nida Təhlil
Razılıq əldə olundu: onlar Qarabağa buraxılmadı
“Rus sülhməramlılarının fransalı jurnalistləri və diplomatları Qarabağa buraxmaması gözlənilən bir fakt idi. Çünki Dağlıq Qarabağı demək olar ki, bütün dünya, eyni zamanda beynəlxalq qurumlar Azərbaycan ərazisi olaraq tanıyır”.
Bu sözləri Publika.az-a açıqlamasında politoloq Fikrət Sadıqov deyib.
O qeyd edib ki, biz hazırda addım-addım bütün açıq məsələləri demək olar ki, bağlayırıq. Ona görə də, sülhməramlıların bu məsələdə başqa bir yolu ola bilməz: “Hələ ola bilsin ki, bəzi açıq fikirlər qalıb. Ancaq rus sülhməramlıları nə jurnalistləri, nə də diplomatları bizim ərazimizə buraxmır. Görünür, bununla bağlı müəyyən razılıq əldə edilib. Çünki başa düşürlər ki, bu, özbaşınalıqdır. Yəni, bizim ərazimizə xarici vətəndaşı buraxmaq beynəlxalq hüququn normalarına zidd hərəkət etməkdir.
Həm də bu hadisə öz-özlüyündə bizim güclü siyasətimizin nəticəsidir. Eyni zamanda bu, beynəlxalq arenada və regionda atdığımız uğurlu addımların bəhrəsidir. Çünki həm sülhməramlılar, həm Rusiya və digər region ölkələr, digər böyük dövlətlər başa düşməlidir ki, artıq o dövr qurtardı. 44 günlük müharibədən və Azərbaycanın tarixi torpaqlarının geri qaytarılmasından sonra heç bir şəxs icazəsiz, dövlətimizin razılığı olmadan ərazilərimizə buraxıla bilməz. Bu, adi bir beynəlxalq praktikadır”.
Qeyd edək ki, Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan qeyd edib ki, Fransadan Ermənistana gələn və Qarabağa daxil olmaq istəyən jurnalistlər və digər diplomatik nümayəndələr Laçın dəhlizindən rus sülhməramlıları tərəfindən buraxılmayıb. Onlara bildirilib ki, Qarabağa getmək üçün Azərbaycan tərəfindən akkreditasiyadan keçməlisiniz.
Akqabay Mıradov
-
Maraq dünyası11:58Merin başına elə şey düşdü ki... - Video
-
MDB11:28Moskva bu çətin dövrdə Tehranın sadiq dostu olaraq qalır - Putin
-
Yaxın Şərq10:47Atəşkəsi qəbul etmirik! - İran XİN
-
Magazin210:04Məşhur aktyor yatıb ayılmadı
-
Hadisə09:53Hövsanda müəllim əri tərəfindən qətlə yetirildi - Foto
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
































.jpg)



.jpg)
