• USD 1,7000 0,00% EUR 2,0161 -0,49%
    • GBP 2,3452 -0,92% RUB 0,0233 -0,86%

“Cənubi Avropa qaz bazarında şəriksiz liderlərdən biriyik” – RƏY

“Cənubi Avropa qaz bazarında şəriksiz liderlərdən biriyik” – RƏY

Prezident İlham Əliyevin iştirakı ilə Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VII iclasında çıxış etdi. Ölkə başçısı Cənub Qaz Dəhlizi layihəsinin uğurla reallaşdırılmasında bütün iştirakçıların vahid komanda şəklində fəaliyyətinin əhəmiyyətindən danışdı.

Prezidentin çıxışı fonunda Cənub Qaz Dəhlizinin əhəmiyyətindən danışan politoloq Qabil Hüseynli Publika.az-a açıqlamasında deyib ki, bu dəhlizin Azərbaycan üçün əhəmiyyəti ölçüyəgəlməz dərəcədə böyükdür. Politoloqun fikrincə, Cənub Qaz Dəhlizi vasitəsi ilə Avropa bazarlarına çıxışımızı təmin edirik: “Dünyanın təbii qaza ən çox önəm verildiyi region məhz Avropadır. Bu regiona təbii qazın çatdırılması üçün ən uyğun yer Azərbaycandır. Çünki marşrut xətti və çatdırılma baxımından idealdır, asandır. “Şahdəniz 1” qaz yatağının işə düşməsi ilə ölkəmizdə təbii qaza olan ehtiyacı ödədikdən sonra artıq qaz ehtiyatımızı – 10 milyon kubmetr qazı xaricə çıxarmaq üçün planlar qurmağa başladıq. TANAP layihəsi də bu zəmin üzərində yarandı. Bu kəmər Avropaya qədər – Yunanısatana, İtaliyaya, Albaniyaya, Serbiyaya qədər uzadıldı. İndi kəmərlərin tikintisi başa çatıb. Biz “Şahdəniz-1”lə az miqdarda qazı Avropaya ötürə bilirdik”.

Qabil Hüseynli xatırladıb ki, bir neçə ay əvvəl isə “Şahdəniz 2” istismara verildi. Politoloqun sözlərinə görə, bu ildə 20 milyard kubmetrə qədər qaz ötürmək iqtidarında olan bir layihədir: “Bu qazın hamısı ixrac istiqamətinə yönəldildi. Azərbaycan bu qazın müəyyən hissəsini Türkiyəyə verir. Gürcüstan da həmin miqdarda qaz alır. Yerdə qalan hissəsinin çox qismi Yunanıstana, İtaliyaya, Albaniyaya, Serbiyaya nəql edilir. İndi biz Cənubi Avropa qaz bazarında şəriksiz liderlərdən biriyik. Avropa qaz bazarına bizim mavi yanacaq ixracımız gələcəkdə daha da artacaq. Türkmənistanla “Dostluq” yatağını işə salacağıq. Burada da böyük qaz kondensat ehtiyatlarımız var. Bu da gələcəkdə Cənub Qaz Dəhlizi vasitəsi ilə Avropa bazarına nəql ediləcək”.

Tural Turan

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR