ABŞ Azərbaycanla bağlı bu sənədi ləğv etməlidir - DEPUTAT
Bizi izləyin

Nida Təhlil

ABŞ Azərbaycanla bağlı bu sənədi ləğv etməlidir - DEPUTAT

Fevralın 26-da ölkə başçısı İlham Əliyev jurnalistlər üçün təşkil olunan brifinqdə Azərbaycana qarşı 907-ci düzəlişin mahiyyətindən danışdı. Prezident onun ləğv edilməsinin vaxtı çatdığı ilə bağlı müəyyən məsələləri dilə gətirdi.

Bəs Birləşmiş Ştatlar bu bədnam düzəlişi ləğv edəcəkmi?

Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri, Milli Məclisin deputatı Asim Mollazadə Publika.az-a açıqlamasında bildirib ki, məlum “907” çox haqsız düzəlişdir.

Millət vəkilinin fikrincə, onun qəbul olunması əslində təkcə Azərbaycana qarşı deyil, həm də Amerika Birləşmiş Ştatlarının özünün milli və milli təhlükəsizlik maraqlarına zidd olan bir sənəddir: “Bu düzəliş biz müstəqil dövlətə çevrilən zaman 1992-ci ildə erməni lobbiləri tərəfindən konqresdə qəbul etdirilib. Bu sənədin qəbulunun əsas məqsədi həm ABŞ-a, həm də Azərbaycana zərbə endirməkdir. Bilirik ki, Azərbaycan Birləşmiş Ştatlarla təhlükəsizlik sahəsində çox ciddi əməkdaşlıq edir. Bu gün rəsmi Bakı Vaşinqtona çox böyük dəstək verir. Hətta məhz buna görə Amerika prezidentləri məhz bu düzəlişləri dayandırmağa məcbur olub. Əks halda, bu əməkdaşlıq ABŞ-ın maraqlarına uyğun olmayacaqdı”.

Asim Mollazadənin fikrincə, bu düzəliş bir daha onu sübut edir ki, Amerikadakı erməni lobbisi Birləşmiş Ştatlara növbəti dəfə zərbə endirib: “Təbii olaraq bu haqsız qərar ləğv edilməlidir. Bu haqsız qərarı da Konqres ləğv etməlidir. Hal-hazırda təssüflə qeyd etməliyəm ki, Amerika Konqresində çox güclü erməni lobbisi fəaliyyət göstərir. Biz dəfələrlə bunu konqresin fəaliyyətində görmüşük. Bu sənədin ləğv olunmasında ən çox maneəni də erməni lobbisi törədib. Hesab edirəm ki, bu düzəlişin ləğvi Amerikanın maraqlarına uyğundur. ABŞ bunu etməli və özünü müdafiə etməyi bacarmalıdır. Bu gün bu sənəd bizim üçün ancaq mənəvi xarakter daşıyır. Çünki haqısız sənəd kimi qiymətləndiririk. Bir daha deyirəm ki, ABŞ öz maraqlarına uyğun olaraq bu sənədin ləğvinə çalışmalıdır”.

Qeyd edək ki, adıçəkilən qətnamə 1992-ci ildə ABŞ Konqresi tərəfindən qəbul olunub.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm