Naqif Həmzəyev: Qarabağ əsl cənnət məkanına çevriləcək
Bizi izləyin

Nida Təhlil

Naqif Həmzəyev: Qarabağ əsl cənnət məkanına çevriləcək

“Tariximizə qızıl hərflərlə həkk olunan 44 günlük Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələndi. Prezident İlham Əliyevin düşünülmüş siyasəti və qətiyyəti Dağlıq Qarabağ münaqişəsinə, 30 ilə yaxın davam edən ədalətsizliyə son qoydu”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib. Millət vəkili qeyd edib ki, artıq 44 günlük müharibədən qalib kimi çıxan dövlətimizin prioriteti Qarabağa qayıdışdır:

“Azərbaycanın əsas diqqəti işğaldan azad edilmiş bütün şəhərləri, rayonları, kənd və qəsəbələri yenidən qurmaq, doğma yurd-yuva həsrəti ilə yaşayan, dədə-baba torpaqlarından zorla didərgin salınan soydaşlarımızın doğma ellərinə, evlərinə dönmələrinə yönəldilib. İşğaldan azad edilmiş ərazilərdə ənənəvi infrastruktur layihələri, yolların çəkilişi demək olar ki, başa çatmaq üzrədir”.

Millət vəkilinin fikrincə, bu gün işğaldan azad edilən ərazilərdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın təmin edilməsi ən vacib məsələ kimi ön planda durur:

“Çünki xain, torpaqlarımızı zorla ələ keçirən düşmən Azərbaycan xalqına nifrət hissi ilə yaşayıb, yaşayış binalarını, məktəbləri, xəstəxanaları, ictimai binaları, tarixi abidələri, qəbirləri, məscidləri dağıdıb, viran qoyub. Fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında Prezident İlham Əliyev bölgədəki vəziyyət və 44 günlük Vətən Müharibəsi zamanı erməni işğalından azad edilmiş ərazilərin inkişaf planları ilə bağlı bildirib ki, “buna görə indi biz ərazilərin minalardan təmizlənməsi və bununla paralel olaraq bütün imkanlardan istifadə etməklə ziyanın qiymətləndirilməsi ilə məşğuluq. O cümlədən beynəlxalq qurumlar vasitəsilə işğalçılara əsaslandırılmış iddialar təqdim etmək üçün dronlarla çəkilişlər aparırıq. Bununla paralel olaraq şəhərlərin və kəndlərin inkişafının baş planlarının tərtib edilməsinə dair tapşırıqlar verilib”. Ölkə Prezidenti azad olunmuş torpaqların təhlükəsizliyin təmin olunmasının günümüzün ən vacib məsələlərindən olduğunu 35-dən çox olkənin media qrumlarının nümayəndələrinin diqqətinə çatdırıb. Eyni zamanda Ermənistanda revanşizm fikrinə düşənlərə açıq mesaj verildi ki, vəhşi, barbar düşmənin dağıtdığı şəhər və kəndlərimiz tezliklə bərpa ediləcək".

Deputat söyləyib ki, Qarabağ əsl cənnət məkanına çevriləcək, qürurla “Mən artıq qaçqın deyiləm” deyən soydaşlarımız üçün əvvəlki evlərindən də daha yaxşısı, daha genişi tikiləcək.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm