• USD 1,7000 0,00% EUR 2,0237 0,00%
    • GBP 2,3347 0,00% RUB 0,0221 0,00%

Azərbaycan Qarabağda bunu etmək iqtidarındadır - Deputat

Azərbaycan Qarabağda bunu etmək iqtidarındadır - Deputat

"Prezident İlham Əliyevin keçirdiyi mətbuat konfransını ölkəmiz üçün tarixi əhəmiyyət kəsb edən bir hadisə kimi qiymətləndirmək lazımdır. Mətbuat konfransında beynəlxalq ictimaiyyəti, eyni zamanda xalqımızı narahat edən bir çox məsələlərə aydınlıq gətirildi və regionda maraqları olan qüvvələrə lazımi mesajlar çatdırıldı".

Bunu Publika.az-a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev ötən həftə ölkə Prezidenti İlham Əliyevin yerli və xarici jurnalistlər üçün təşkil olunan brifinqdə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib. Millət vəkili qeyd edib ki, mətbuat konfransında Azərbaycanın yaratdığı yeni geosiyasi reallıqlar barədə ətraflı məlumat verildi və hər bir halda bu reallıqların müdafiə olunacağı barədə revanşist qüvvələrə, onların havadarlarına xəbərdarlıq edildi: "Bir məqamı xüsusi olaraq vurğulamaq yerinə düşər. Cənab Prezident 4 saatdan artıq sürən mətbuat konfransında mövcud vəziyyətlə bərabər, gələcəkdə görüləcək işlərin yol xəritəsini cızdı. İşğal altında olmuş ərazilərin bərpası və məskunlaşma siyasətinin ayrı-ayrı komponentlərini sadalamaqla müharibədən yenicə çıxmasına baxmayaraq, Azərbaycanın çoxmilyardlı layihələri təkbaşına icra etmək iqtidarında olduğunu nümayiş etdirdi. Qarabağda yaşayan erməni əhalisinin Azərbaycana inteqrasiya olunmasının qaçılmaz proses olduğunu bildirməsi, statusun yerini xatırlatması isə Ermənistandakı revanşist qüvvələrə ünvanlanmış ən dəqiq cavab idi. Erməni xalqı bundan düzgün nəticə çıxarmalı, uzun illər boyu onları aldadan siyasətçilərdən qurtulmalıdır".

Nəsib Məhəməliyevin sözlərinə görə, Xankəndinin, Xocalının və ermənilərin yaşadığı digər ərazilərin Azərbaycana inteqrasiya prosesi ilə bağlı dəqiq müddət göstərmək mümkün deyil:

"Müharibədən təzə çıxmış, uzun illər ərzində düşmənçilik etmiş iki xalqın birdən-birə hər şeyi unudub barışması asan məsələ deyil. Bundan ötrü müəyyən zamana ehtiyac var. Regionda öz geosiyasi maraqlarına görə gərginliyi saxlamaq istəyən ölkələr, erməni diasporu, lobbist təşkilatlar neytrallaşdırılmalıdır. Düşünürəm ki, iki ildən sonra Qarabağda yaşayan erməni əhalisi cəhənnəmə çevirdikləri ərazilərin cənnətə dönməsinin şahidi olduqdan sonra şüurlarında mütləq dəyişiklik edəcək. Ermənistanda sağlam qüvvələr hakimiyyətə gələrsə, inteqrasiya məsələlərini sürətləndirmək mümkündür. Əks halda proses uzanacaq".

Tural Turan

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR