Belə qərar verməyimizin əsas səbəbi... - YAP-a qoşulan partiya sədri
Bizi izləyin

Nida Təhlil

Belə qərar verməyimizin əsas səbəbi... - YAP-a qoşulan partiya sədri

“İstər ölkədə institusional islahatların aparılması, istər 30 ilə yaxındır işğal altında olan torpaqların azad olunması, millətimizin şanlı zəfəri, istərsə də korrupsiyaya, məmur özbaşınalığına qarşı mübarizənin önündə məhz cənab Prezidentin getməsi, bu sahələrdə ciddi addımların atılması Yeni Azərbaycan Partiyasına (YAP) qoşulma qərarımızın verilməsinə əsas səbəb oldu”.

Bu sözləri Publika.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasına qoşulan Milli Qurtuluş Partiyasının sədri Vüqar Oruc deyib.

Onun sözlərinə görə, bu qərar yeni zamanın tələbidir: “Mövqeyimiz həmişə milli dövlətçilik maraqları daxilində ifadə olunub. Bu, yeni siyasi düzənin başlanğıcını özündə ehtiva edən bir qərardır. Hesab edirəm ki, bu məram ətrafında digər siyasi partiyalar da konkret mövqe ortaya qoymalıdır. Əgər bir qüvvə digər qüvvə ilə eyni məramı daşıyırsa, eyni düşüncədədirsə və məqsəd milli mənafelərə xidmət göstərməkdirsə, çalışmaq lazımdır ki, bu qüvvələr bir arada olsunlar. Bu baxımdan qərarımızın mövcud maraqlarla uyğunluq təşkil etdiyini düşünürəm”.

V.Oruc qeyd edib ki, YAP-ın ətrafında birləşmək həm bu partiyanın yenilənməsinə, həm də digər eyniməramlı partiyaların bir arada cəmləşməsinə stimul olacaq: “Biz partiyamızın YAP-a qoşulmaq qərarını uzun müddət düşünəndən sonra vermişik. Bunun əsas səbəbi odur ki, İkinci Qarabağ savaşı və ondan sonrakı vaxtda YAP sədri, cənab Prezident İlham Əliyev eynilə bizim partiyanın məqsədinə, məramına uyğun olan addımlar atıb. Bəzi müxalifət partiyaları öz daxilində parçalandığı və yaxud ayrı-ayrı qollara ayrıldığı halda, YAP birləşdirici funksiya həyata keçirir”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm