Bu, Heydər Əliyevin daha bir uzaqgörənliyi idi - Deputat
Bizi izləyin

Nida Təhlil

Bu, Heydər Əliyevin daha bir uzaqgörənliyi idi - Deputat

Ermənistan rəsmiləri Ermənistan-Azərbaycan sərhədinin 1975-1976-cı illər SSRİ hərbi xəritələrinə əsasən müəyyənləşdiyini və artıq qurulduğunu elan ediblər. Həmin illər ulu öndər Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik etdiyi (1969-1982-ci illər) dövrlərdir. Belə aydın olur ki, onun siyasi hakimiyyətinə qədər iki respublika arasında dəqiq sərhəd xətti yox imiş.

Publika.az xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə qeyd edib.

Deputat vurğulayıb ki, Ermənistan məhz bu boşluqdan istifadə edərək 1969-cu ilə qədər vaxtaşırı mərkəzin dəstəyi ilə Azərbaycanın sərhəd kəndlərindən min hektarlarla torpağı öz ərazisinə birləşdirməyə nail olmuşdu: "Ancaq Heydər Əliyev mərkəz qarşısında təkidlə məsələ qaldırdıqdan sonra SSRİ Müdafiə Nazirliyi Ermənistan və Azərbaycan arasında dəqiq sərhədi müəyyənləşdirib. Xəritələrin 1975-ci ildən təsdiq edilməsi göstərir ki, H.Əliyev hakimiyyətə gələn gündən iki respublika arasında sərhədin dəqiq müəyyənləşdirilməsi məsələsini qaldırmışdı və ona nail oldu.

Sərhədin hərbi xəritələrlə müəyyən edilməsinin də öz mənası var: Ermənistanda digər bir mülki strukturun rəyini qəbul etməyə də bilərdilər. Hərbi sərhəd xəritələrinin tərtib edilməsi Heydər Əliyevin ötən əsrdən indiki dövr üçün hesablanmış daha bir uzaqgörənliyi idi".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm