Prezident sərəncamı: AZAL-da nələr gözlənilir?
Bizi izləyin

Nida Təhlil

Prezident sərəncamı: AZAL-da nələr gözlənilir?

Azərbaycan Hava Yollarının (AZAL) fəaliyyəti ilə bağlı gözləntilərdən biri təyyarə biletlərinin qiymətinin azaldılmasına nail olunmasıdır. Təyyarə biletlərinin qiymətinin yüksək olması ölkəyə gələn turistlərin sayına birbaşa təsir edir.

Publika.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov deyib.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan Prezidentinin sərəncamları ilə nəqliyyat sektorunda fəaliyyət göstərən iri dövlət müəssisələri - Azərbaycan Hava Yolları, Azərbaycan Dəmir Yolları və Bakı Metropoliteni QSC-lərdə və eləcə də “Bakı Bus” Məhdud Məsuliyyətli Cəmiyyətdə müşahidə şuraları yaradıldı:

“Əsas dövlət şirkətləri Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləndən sonra həmin qurumlarda müşahidə şuralarının formalaşdırılması həyata keçirilir. Şuralar sözügedən qurumların fəaliyyətinə ümumi nəzarəti və rəhbərliyi həyata keçirəcəklər. Əsas məqsədi həmin qurumların fəaliyyətlərində səmərəliliyin artırılması olan müşahidə şuralarının yaradılması iqtisadi islahatların bir elementi kimi xarakterizə olunmalıdır.

Beynəlxalq məsləhətçi şirkət cəlb etməklə həmin müəssisələrin hüquq, maliyyə, vergi və kommersiya sahələrində fəaliyyətinin nəticələrinin 6 ay müddətində diaqnostikası aparılacaq və növbəti 2 ayda onların yeni nizamnamə və strukturun layihəsi hazırlanacaq. Göründüyü kimi, iri dövlət müəssisələrin idarəedilməsində yeni mərhələ başlayır. Sözügedən müəssisələr nəqliyyat sektorunda aparıcı qurumlardır. Bu baxımdan onların fəaliyyətinin daha səmərli təşkil edilməsi həmin sektorun inkişafının dayanıqlığı baxımdan vacibdir.

Pandemiya dönəmində əcnəbi turistlərin sayı obyektiv səbəblərdən azalıb. Amma postpandemiya dövründə daha çox istiqamətlərdə büdcə ucuşlarının sayının artırılması, eyni zamanda bilet qiymətlərinin aşağı salınması prioritet məsələlərdən olmalıdır. Turizmin inkişafı keyfiyyətli və aşağı qiymətli ucuşların sayından da birbaşa asılıdır.

Bütövlükdə, yeni dövr islahatlarda əsas strateji priortet məhz dövlət mülkiyyətində olan müəssisələrdə korporativ idarəetmənin formalaşması və inkişafı olacaq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm