Koçaryan Moskvada reallığı ortaya qoydu – Politoloq
Bizi izləyin

Nida Təhlil

Koçaryan Moskvada reallığı ortaya qoydu – Politoloq

Ermənistanın keçmiş prezidenti Robert Koçaryan iyunun 20-nə təyin edilmiş parlament seçkilərinə partiyalar blokunun rəhbəri qismində qatılacağını bəyan etdikdən sonra Rusiyanın “Birinci kanalı”nda yayımlanan “Pozner” verilişinə müsahibə verdi.

Bu müsahibəni necə qiymətləndirmək lazımdır və bu, kimə mesajdır?

Politoloq Elxan Şahinoğlu Publika.az-a açıqlamasında deyib ki, özünü “müstəqil” jurnalist kimi qiymətləndirən Vladimir Pozner Kremlin təlimatıyla Robert Koçaryandan müsahibə götürüb. Politoloqun fikrincə, Kreml bununla Ermənistanın baş naziri Nikol Paşinyana və erməni cəmiyyətinə mesaj göndərib ki, Koçaryanın ölkəsində aşağı reytinqinə baxmayaraq, ona inanır və güvənir:

“Kreml bilir ki, Koçaryanın formalaşdırdığı blok Paşinyan üzərində qələbə çalmayacaq. Ancaq heç olmasa, parlamentdə ana müxalifət statusunu qazanacağına çalışır. O ki qaldı, Koçaryanın Qarabağla bağlı söylədiklərinə, reallığı ortaya qoyub. O deyib ki, Ermənistan indiki halıyla itirdiyi əraziləri geri qaytara bilməyəcək. Buna baxmayaraq, Koçaryan mövcud anlaşmaları ədalətli hesab etmir. Gəncliyindən bu yana siyasi fəaliyyətini Azərbaycan torpaqlarının işğalı və soyqırımılar üzərində formalaşdıran şəxsdən “Dağlıq Qarabağ Azərbaycana aiddir” açıqlamasını gözləmirdik”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm