• USD 1,7000 0,00% EUR 2,0681 0,00%
    • GBP 2,3774 0,00% RUB 0,0230 0,00%

Ukrayna ABŞ-dan 100 F-15 alsın, yoxsa Azərbaycanın taktikasından istifadə etsin?

Ukrayna ABŞ-dan 100 F-15 alsın, yoxsa Azərbaycanın taktikasından istifadə etsin?

Bu günlərdə Vaşinqtonda mənzillənmiş və demokratlara yaxınlığı ilə tanınan “Atlantic Council” beyin mərkəzinin analitiki Stefan Blank Bayden administrasiyasını Ukraynaya azı 100 F-15 ağır qırıcı-bombardmançısını satmağı təklif etmişdi. Blank mərkəzin saytında dərc edilmiş məqaləsində bildirirdi ki, bu addım Moskvaya “ağrı vermək” və onun təcavüzkar addımlarının cavabsız qalmayacağını göstərmək üçün atılmalıdır.

Lakin “Forbes” dərgisi yazır ki, bu təklif qeyri-realdır. Ukrayna Hərbi Hava Qüvvələrinin pilotlu aviaparkı 1991-ci ildən bəri yenilənməyib və təyyarələr köhnəlir, istismar müddətini başa vurur. Ukrayna HHQ-nin büdcəsi cəmi 300 milyon dollardır və bu təyyarələri yeniləməyə sadəcə olaraq imkanı yoxdur.

Aviasiya tematikası üzrə ekspert Tom Kuper hesab edir ki, Ukrayna hətta bu köhnə təyyarələrini yeniləməli deyil. Çünki onsuz da Rusiya aviasiyası qarşısında duruş gətirə bilməz. Böyük sayda, təxminən 500-ə yaxın Rusiya müasir döyüş təyyarələri Ukrayna sərhədlərinə yaxın cəmləşdirilib. Onların daşıdığı “hava-yer” tipli raketlərin mənzili imkan verir ki, Ukrayna qırıcıları hətta aerodromlardan qalxan kimi vurulsun. Ona görə də Kuper hesab edir ki, Kiyev üçün yeni pilotlu təyyarələr almaq iqtisadi baxımdan sərfəli deyil və mənasızdır.

Çünki F-15 təyyarələrini almaq üçün əlbətdə, milyardlarla dollar lazımdır. Digər tərəfdən bu təyyarələri istifadə etmək üçün Ukrayna aerodromları, digər infrastrukturu yeniləməlidir, çoxsaylı pilotlar hazırlanmalıdır.

Bunun əvəzində Ukrayna HHQ pilotsuz döyüş təyyarələrinə və kamikadze-dronlara keçməlidir. Kuper belə hesab edir. O qeyd edir ki, müharibə olarsa Ukraynanın pilotsuz aviasiyası və kamikadze-dronları Rusiyanın hava hücumundan müdafiə sistemlərinə, tanklarına və digər yerüstü qüvvələrinə hücum edə bilər.

“Azərbaycanla Ermənistan arasında ötən ilin payızında baş vermiş qısamüddətli müharibə Ukrayna dronları üçün mümkün ilkin nümunədir. Bu müharibə zamanı Türkiyə və İsrail PUA-ları erməni qüvvələrinə böyük zərbələr vurdular. Yüksəkdən uçan , mini ağıllı sursatlar daşıyan “Bayraktar TB2” döyüş pilotsuz təyyarələri, “Harop” və “Orbiter 1K” kamikadze-dronları çoxsaylı erməni tanklarını, canlı qüvvəsini məhv edib”,-“Forbes” bildirir.

Nəşr qeyd edir ki, Ukrayna Azərbaycanın taktikasını tətbiq etməlidir. Və bunun ilkin əlamətləri artıq var. Ukrayna 2019-cu ildən bəri Türkiyədən “Bayraktar”lar almağa başlayıb. Habelə özü kiçik kamikadze-dronların istehsalına başlayıb. Bu, təxminən minomyot mərmisi gücündə döyüş başlığı daşıyan kamikadze-dronlardır. Lakin Rusiya ilə mümkün müharibədə Ukraynanın pilotsuz sistemlərdən necə istifadə edəcəyi, Moskvanın buna necə cavab verəcəyi hələlik aydın deyil. (virtualaz.org)

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
[X]
1xBet