İlham Əliyev düşmənlərimizə dərs verdi - Deputat
Bizi izləyin

Nida Təhlil

İlham Əliyev düşmənlərimizə dərs verdi - Deputat

Dünən cənab Prezident Hərbi Qənimətlər Parkının açılışı mərasiminə qatıldı. Bu Park Azərbaycanın qələbəsinin növbəti sübutudur. Burada qazilərlə görüşdü, bir sıra mühüm fikirlər işlətdi. Hesab edirəm ki, cənab Prezidentin nitqində işlətdiyi fikirlər olduqca əhəmiyyətə malikdir.

Publika.az xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı Musa Quliyev deyib.

O qeyd edib ki, ölkə başçısı qələbənin əldə edilməsi haqqında danışarkən digər məqamlarla yanaşı, üç amili xüsusilə qeyd etdi: “Bunlar güclü iqtisadiyyat, müasir yanaşma və vətən sevgisidir. Bu, həqiqətən belədir. Cənab Prezident İlham Əliyev torpaqlarımızın zamanında itirilməsini xatırlatmaqla bizim düşmənlərimizə də dərs verdi: “Tör-töküntülər, düşmənlər bilməlidirlər ki, xalqın dəmir yumruğu onların başını əzəcək”.

Deputat əlavə edib ki, Azərbaycan xalqı İlham Əliyev kimi xarizmatik, müdrik və uzaqgörən lideri olmasına görə xoşbəxtdir: “İlham Əliyev də xoşbəxt liderdir ki, Azərbaycanın ərazi bütövlüyünü təmin edə bilib. İlham Əliyev qədər ölkəni dünyada tanıdan ikinci şəxs yoxdur”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm