Nida Təhlil
İlham Əliyev: bütün cəbhələrdə qalib gələn lider
30 illik işğala son qoyan, 100 illik reallıqları dəyişdirən, 250 illik məğlubiyyət sindromunu qıran Vətən müharibəsi üç cəbhədə aparılırdı: döyüş meydanı, kulislərdə gərgin diplomatik danışıqlar və informasiya seqmenti. Hər üç cəbhədə döyüşün bir qalibi oldu, Azərbaycan və onun lideri İlham Əliyev.
Hərbi cəbhədə müharibəyə Komandanlıq edən, diplomatiyada ölkəsinin maraqlarında prinsipial mövqeyindən geri çəkilməyən, informasiya cəbhəsində həqiqətlərin dünyaya çatdırılması işinin yükünü çiyinlərinə götürən İlham Əliyevin fəaliyyəti beynəlxalq münasibətlərdə lider necə olmalıdır sualına cavab verir.
Vətən müharibəsində informasiya cəbhəsinin də lokomotivliyini üzərinə götürən Prezident İlham Əliyev 44 gün ərzində 30-a yaxın beynəlxalq mediaya müsahibə verdi. Hər bir müsahibəsi hadisəyə çevrilən Azərbaycan lideri Ermənistanın işğalçılıq siyasətini dünyanın gözü önündə ifşa edirdi. Buna paralel olaraq, cəbhədə baş verənlərlə bağlı mütəmadi olaraq xalqa məlumat verir, vətənpərvərlik ruhunu yüksəldir və cəmiyyətin qələbəyə inamını artırırdı. Məhz İlham Əliyevin əzmkarlığı, prinsipiallığı, vətənpərvərliyi sayəsində Azərbaycan qalib gəldi.
Ordumuz düşməni cəbhədə məhv etdi;
Diplomatiyamız kulislərdə milli maraqlarımızı müdafiə etdi;
İnformasiya cəbhəsində qalib gəldik;
Bütün cəbhələrin komandanı İlham Əliyev idi. Onun informasiya cəbhəsindəki döyüşü post-münaqişə dövründə də davam edir. Fevralın 26-da xarici media nümayəndələrinin iştirakı ilə keçirilən 4 saatlıq mətbuat konfransı, aprelin 13-də ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələri ilə görüşü, mühüm beynəlxalq platformalarda nitqləri, müzakirələrdə iştirakı aydın göstərir ki, Prezident İlham Əliyev təkcə dövlət idarəçiliyi, daxili və xarici siyasət məsələlərinə deyil, həm də dövlətin informasiya siyasətinə yeni strateji baxış nümayiş etdirir.
Şəffaflıq, obyektivlik, sistemlilik, operativlik. Azərbaycan liderinin yeni informasiya strategiyası bu prinsiplərə əsaslanır.
O həqiqəti deyir, həm də faktlarla, müasir üslubda, auditoriyanın anlayacağı dildə...
O, baş verənlərlə bağlı cəmiyyəti məlumatlandırır, ictimai rəyə hörmətlə, xalqın qarşısında hesabatlılıq prinsipi ilə...
O, bir amala xidmət edir, Azərbaycanın milli və dövlət maraqlarının müdafiə edilməsi...
İlham Əliyevin ən mürəkkəb suallar qarşısında peşəkarlığı, emosiyasız, praqmatik cavabları, yüksək məntiqi, intellekti, diplomatik məharəti, dünyada, regionumuzda və ölkəmizdə baş verən hadisələr və cərəyan edən proseslər barədə tam məlumatlılığı, elmi-politoloji biliyi müasir siyasət elmi üçün tədqiqat mövzularından biridir. Beynəlxalq ekspertlərin fikirləri də Azərbaycan liderinin dünya səviyyəli siyasətçi olduğu yönündədir.
İlham Əliyev dünya siyasətində nadir rast gəlinən bu məziyyətləri ilə Ermənistan və erməni lobbisini, ölkəmizi istəməyən xarici qüvvələri məğlub etdi, beynəlxalq ictimaiyyətin obyektiv məlumatlandırılmasını həyata keçirdi və Azərbaycanı qalib etdi.
Asif
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO