Deputatdan TƏKLİF: Həkimlərə bu hüquq da verilsin
Bizi izləyin

Nida Təhlil

Deputatdan TƏKLİF: Həkimlərə bu hüquq da verilsin

"Həkimlər pandemiya ilə mübarizədə ən çox zəhməti olan vətəndaşlarımızdandır. Azərbaycan Prezidentinin göstərişinə əsasən, yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə iş vaxtına/saatına mütənasib olaraq əlavələr edilir".

Publika.az xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov qeyd edib.

Deputat bildirib ki, ötən il pandemiya ilə mübarizədə iştirak edənlərə 169,4 milyon manat müddətli əlavə və mükafat ödənilib: "Belə ki, tibb işçilərinə iş vaxtına/saatına mütənasib olaraq 145,8 milyon manat, qeyri-tibb işçilərinə isə 23 milyon manat müddətli əlavə ödənilib. Yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçilərinə isə bu müddətdə 385 min manat məbləğində müddətli əlavə ödənilib. Könüllülərə ödənilən mükafatın məbləği isə 138,500 manatdır".

Vüqar Bayramov təklif edib ki, bütün bunlarla yanaşı, pandemiya davam etdiyi və bütövlükdə səhiyyə işçilərinin sosial təminatının daha da yaxşılaşdırılması üçün həkim və tibb işçilərinə güzəştli ipoteka kreditlərinə müraciət hüququnun verilməsi məqsədəuyğun olardı: "Belə ki, mövcud qaydalara əsasən, azı 3 il dövlət ümumtəhsil müəssisəsində müəllim işləyən şəxslər belə hüquqdan faydalana bilsələr də, həkimlər üçün bu imkan nəzərdə tutulmayıb. Əksər post-sovet ölkələrində də həkimlərin sosial proqramlarda iştirak hüququnun yaradıldığını nəzərə alsaq, Azərbaycanda da oxşar imkanın təklif olunması məqsədəuyğundur".

Millət vəkilinin sözlərinə görə, bu ildən Azərbaycanda icbari tibbi sığortanın tətbiqini də nəzərə alsaq, həkimlərin və bütövlükdə tibb işçilərinin əmək haqlarında artımların olacağı gözlənilir: "Bu isə onlara güzəştli ipoteka kreditlərinə müraciət hüququ verilərsə, aşağı faizli və uzunmüddətli kredit ilə mənzil problemlərini həll etmək imkanı yaradacaq. O baxımdan təklif edirik ki, ən azı 3 il səhiyyə müəssisələrində tibb işçisi kimi çalışan şəxslərə güzəştli ipoteka kreditlərinə müraciət hüququ verilsin".

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm