Əgər Bayden “soyqırımı” ifadəsini işlədərsə... - Aqil Abbas AÇIQLADI
Bizi izləyin

Nida Təhlil

Əgər Bayden “soyqırımı” ifadəsini işlədərsə... - Aqil Abbas AÇIQLADI

Qarşıdan 24 aprel gəlir. Ermənilərin hər il hay-şüvən saldığı, tarixdə olmamış soyqırımıdan söhbət gedir. Ehtimal olunur ki, ABŞ Prezidenti Co Bayden qondarma “erməni soyqırımı” ilə bağlı səsləndirəcəyi müraciətdə “soyqırımı” ifadəsini işlədəcək. Xarici ekspertlər belə düşünür.

Əgər bu baş verərsə, ABŞ-ın Türkiyə və Azərbaycanla əlaqələrinə ciddi zərbə dəyə bilər. Üstəlik, Birləşmiş Ştatlar NATO çərçivəsində Türkiyə ilə müttəfiqdir. Azərbaycanla isə Əfqanıstan və bir sıra strateji məsələlərdə tərəfdaşlıq edir.

Millət vəkili Aqil Abbas Publika.az-a açıqlamasında söyləyib ki, yeni Prezident seçilmiş Co Bayden “soyqırımı” ifadəsini işlədə bilməz. Deputatın fikrincə, bu, Türkiyə-ABŞ münasibətlərinə əməlli-başlı zərbə olar:

“Əvvəla, tarixdə belə bir soyqırımı olmayıb. Bayden də Amerika kimi ölkənin prezidentidir. Bütün bunları yaxşı bilir. Əgər “soyqırımı” ifadəsini işlədərsə, ilk növbədə bu, onun özünə və Amerikaya böyük bir zərbə ola bilər. Mən belə düşünürəm. Hesab edirəm ki, Bayden “soyqırımı” ifadəsini işlədə və onu “tanıya” bilməz. Qondarma “soyqırımı”nın ABŞ-ın hansısa ayrı-ayrı ştatlarının tanıması da boş-boş şeylərdir. Co Baydenin “soyqırımı”nı tanıması Azərbaycan və Türkiyə tərəfdən ABŞ-a böyük zərbə ola bilər. Hətta Türkiyə NATO-dan çıxa bilər. O zaman da Birləşmiş Ştatlar üzü üstə yerdə qalacaq. Çünki ABŞ-ın əsas gücü Türkiyədədir. Birləşmiş Ştatların quru qoşunları Türkiyədir. Ümumiyyətlə, NATO-nun içərisində ən güclü, nizam-intizamlı, döyüş qabiliyyətinə məxsus ordu Türkiyənindir. Yəni ABŞ bundan imtina edərsə, Rusiyaya da uduza bilər”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm