Bu, Rusiyanın bölgədəki nüfuzuna zərbə vurur - Politoloq
Bizi izləyin

Nida Təhlil

Bu, Rusiyanın bölgədəki nüfuzuna zərbə vurur - Politoloq

Azərbaycan tərəfindən axtarışa verilmiş müharibə cinayətkarı Araik Arutyunyanın Moskva səfərinin kimlər tərəfindən və nə məqsədlə təşkil olunduğu Azərbaycan ictimaiyyətində haqlı olaraq narahatlığa səbəb olub. Arutyunyan axtarışda olan cinayətkar olduğu halda necə olur ki, Rusiyaya səfər edə bilir.

Publika.az xəbər verir ki, bu sözləri Bakı Politoloqlar klubunun sədri Zaur Məmmədov deyib. Ekspert bildirib ki, səfərlə bağlı bir çox narahatlıq doğuran məqamlar var:

“Əgər o, Rusiyaya həqiqətən səfər edibsə, niyə həbs edilmir? İkinci məsələ odur ki, Araik Arutyunyan Rusiyaya hansı ölkənin pasportu ilə gedib? Təbii ki, bu kimi hadisələr Qarabağda sülhməramlı missiya həyata keçirən Rusiyanın bu istiqamətdə fəaliyyətinə kölgə salır. Əgər Arutyunyanla bağlı suallar var idisə, Rüstəm Muradov vasitəsilə də həll oluna bilərdi. Bu, bir daha onu göstərir ki, MDB məkanında separatçı respublikaların liderləri ilə mütəmadi olaraq görüş keçirən Rusiyanın bu və ya digər şəxsləri Qarabağla da bağlı eyni addımları atmaq fikrinə düşüb. Amma bu, özlüyündə Rusiyanın bölgədəki nüfuzuna ciddi şəkildə zərbə yetirir.

Ümumiyyətlə, separatçılarla Moskva arasında əlaqələr Azərbaycan KİV-də hər zaman diqqətə çatdırılıb. Bu səfər isə daha xüsusi önəm daşıyır. Çünki post-müharibə dövründə həyata keçirilən məsələdir. Moskva üçtərəfli bəyanatın qarantı kimi yaxşı olardı ki, bu kimi addımlardan gələcəkdə çəkinsin”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm