Baydenin ermənipərəst fəaliyyəti haqqında xatırlatma
Bizi izləyin

Nida Təhlil

Baydenin ermənipərəst fəaliyyəti haqqında xatırlatma

Söhrab İsmayıl

Bursa Uludağ Universitetinin doktorantı

Sirakuz Universitetinin Hüquq Kollecindən 1968-ci ildə məzun olan Co Bayden 24 apreldə saxta erməni soyqırımını tanıdığını elan edəndən sonra onun prezident olmadan öncə göstərdiyi fəaliyyət haqqında kiçik bir araşdırma apardım və maraqlı faktlarla rastlaşdım. Bunları sizlərlə paylaşmaq istəyirəm;

Siyasi fəaliyyəti haqqında

Co Bayden 1973-2009-cu illər arasında Demokratlar Partiyasından Delaver ştatının senatoru kimi fəaliyyət göstərib, 2001-2003-cü illərdə isə Senatın Xarici Əlaqələr Komitəsinə rəhbərlik edib. Barak Obamanın prezidentliyi dönəmində ABŞ-ın vits-prezidenti seçilib. 25 aprel 2019-cu ildə prezidentliyə namizədliyini elan edib. 2020-ci ildə Amerikanın prezidenti seçilib və 20 yanvar 2021-ci ildə andiçmə mərasimindən sonra rəsmi şəkildə fəaliyyətə başlayıb.

Erməni məsələsi

Co Baydenin erməni məsələsi ilə bağlı fəaliyyəti yalnız "erməni soyqırımı"nı tanıdığı ilə bağlı açıqlama ilə məhdudlaşmır. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Ermənistan tərəfindən xalqımıza qarşı Xocalı Soyqırımı törədildi. O dönəm ABŞ-ın Prezidenti olan Corc Herbert Buş bir çox dövlətlərin başçıları kimi Azərbaycan Prezidentinə başsağlığı verdi. Fəqət cəmi 8 ay sonra, 1992-ci ilin oktyabr ayında ABŞ Konqresinin Nümayəndələr Palatası Azərbaycan tərəfindən "Dağlıq Qarabağın işğalını və Ermənistana qarşı " blokadasını dayandırmaq məqsədilə Senator Con Makkeyn tərəfindən təklif edilmişdir. Həmin dövrdə senator kimi Palatada fəaliyyət göstərən Co Bayden düzəlişin qəbulunda önəmli rol oynamışdır. İkinci Qarabağ Savaşı dövründə, 24 Oktyabr 2020-ci il tarixində Amerikanın dövlət katibi Maykl Pompeo ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında görüş oldu. Görüşün nəticəsi kimi 26 Oktyabr tarixində yerli vaxtla saat 08: 00-da humanitar atəşkəs qüvvəyə mindi. Lakin Ermənistanın atəşkəsi pozdu. Məsələ ilə bağlı 28 Oktyabr 2020-ci ildə Co Baydenin rəsmi internet səhifəsində yayılan bəyanatda atəşkəsin pozulmasından Azərbaycan məsul tutuldu, Rusiya və Türkiyəyə vəziyyəti gərginləşdirməmək çağırışı edildi, üstəgəl Türkiyədən bölgəyə "muzdurları" göndərməmək tələb edildi.

“Azadlığı Müdafiə Aktı”na 907-ci düzəliş Co Baydenin bəyanatı

28 Oktyabr 2020-ci il

Oxumağa davam et
Reklam
Reklam

Gündəm