Bu, dövlət başçısına olan inamın göstəricisidir - Musa Qasımlı
Bizi izləyin

Nida Təhlil

Bu, dövlət başçısına olan inamın göstəricisidir - Musa Qasımlı

Cənab Prezident İlham Əliyevin bütün müsahibələri dünyada maraqla qarşılanır və izləyicilərinin sayı çox olur. BBC-yə verilən müsahibəyə baxanların sayının 3 milyon nəfəri ötməsi hər şeydən əvvəl ölkə başçısının dünyada görkəmli dövlət və siyasi xadim, mahir diplomat və qalib sərkərdə olması ilə bağlıdır.

Bunu Publika.az-a açıqlamasında millət vəkili Musa Qasımlı deyib.

Deputat bildirib ki, BBC dünyanın ən məşhur televiya kanallarından biri olduğu üçün və noyabrın 6-da verilən müsahibə müharibənin getdiyi ən qızğın vaxtda olduğundan müsahibəyə maraq şübhəsiz ki, çox idi: "Digər tərəfdən, dövlət başçısının müsahibələri həmişə tutarlı, məntiqli, tarix və müasirliyi özündə əks etdirən, gələcəyə hədəflənmiş fikirlərlə zəngin olur. İzləyicilərin sayının bu qədər çox olması Prezidentə olan inamın göstəricilərindən biridir".

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm