• USD 1,7000 0,00% EUR 2,0722 0,00%
    • GBP 2,4112 0,00% RUB 0,0237 0,00%

Prezidentin Naxçıvandan verdiyi mesajlardan Ermənistan nəticə çıxarmalıdır - Deputat

Prezidentin Naxçıvandan verdiyi mesajlardan Ermənistan nəticə çıxarmalıdır - Deputat

"Biz müharibə tərəfdarı deyilik və müharibənin yenidən başlamasını və münaqişənin böyüməsini, alovlanmasını istəmirik. Azərbaycan daimi sülhü dəstəkləyir və bu səbəbdən də real addımlar atmaqdadır. Lakin təəssüflər olsun ki, qarşı tərəf hələ də revanşist fikirlərlə yaşayır və qisas almaq ümidini özlərində saxlayırlar. Bütün bunların fonunda Prezident İlham Əliyevin Naxçıvana səfəri zamanı oradan səsləndirdiyi fikirlər çox böyük əhəmiyyət kəsb edir. Ümid edirik ki, Ermənistan tərəfi oradan verilən mesajlardan, cənab Prezidentin dediklərindən nəticə çıxaracaq və öz öhdəliklərini qısa müddətdə yerinə yetirməyə başlayacaqlar".

Bunu Publika.az-a millət vəkili Naqif Həmzəyev deyib.

Deputat bildirib ki, 30 ilə yaxın müddət ərzində sülh yolu ilə həll olunması arzu olunan münaqişənin həll edilməməsinin əsas səbəbləri ikili standartlar, beynəlxalq təşkilatların qarşı tərəfə - Ermənistana lazımi təzyiqləri etməməsi və beynəlxalq hüquqla qəbul olunan qətnamələrin yerinə yetirilməməsi ilə bağlıdır: “Ancaq Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi ərzində bunu etdi, düşməni, erməni terrorçularını və faşistlərini bu ərazilərdən qova bildi və Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. İkinci Qarabağ müharibəsində Naxçıvan da fəal iştirak etdi və bütövlükdə ölkə hüdudlarının müdafiə edilməsində mühüm rol oynadı. Vətən müharibəsində Naxçıvanda dislokasiya olunmuş hərbi hissələrin hərbçiləri misilsiz fədakarlıq və şücaət nümayiş etdirdilər. Naxçıvana ən müasir, ən son texnologiyaya əsaslanmış hərbi texnikaların gətirilməsi isə Muxtar Respublikanın müdafiə potensialının möhkəmlənməsi işinə böyük töhfədir”.

N.Həmzəyev qeyd edib ki, tarixi Zəfər nəticəsində yeni nəqliyyat dəhlizinin açılması hesabına Naxçıvan Muxtar Respublikasının 30 illik blokadasına son qoyulacaq: “Qarabağ Zəfəri qədər bizim üçün ən böyük nailiyyətlərdən biri də Zəngəzur dəhlizinin işə düşməsi idi və bu dəhlizin fəaliyyətə başlaması üçün Azərbaycan lazımi addımları atır, yolların bərpası üçün real işlər görülür. Amma təəssüf ki, qarşı tərəf müəyyən dərəcədə bu prosesi ləngitməyə çaışır. Həm də Qarabağda minalanmış ərazilərin xərtiəsini verməkdə gecikirlər və xəritəni təqdim etmək istəmirlər. Həmçinin Zəngəzur dəhlizinin fəaliyyətə başlaması üçün bəhanələr ortaya atırlar. Ancaq istənilən halda unutmamalıyıq ki, Azərbaycan öz ordusunun gücünü və potensialını günü-gündən artırır. Çox böyük təcrübəyə malik Azərbaycan Ordusu hər an bölgədə baş verə biləcək istənilən təxribatın qarşısını almağa və düşmənə yenidən ağır zərbə endirməyə hazırdır. Bu baxımdan da dövlətimiz öz ordusunun qüdrətini artırmaqla paralel olaraq, hərbi xərcləri daha da artırır. Məqsəd odur ki, Azərbaycan həmişə güclü olmalıdır, dövlətimiz regionda ən güclü orduya sahib ölkədir və bu uğuru gələcəkdə də qoruyub saxlamalıdır. Bütün bunlar olacağı təqdirdə, qarşı tərəf bizim diktəmizlə yaşamağa məhkumdur. Əks təqdirdə, düşmən yenidən xarici qüvvələrin təsiri ilə bəzi xəyallara qapıla bilər və Azərbaycana qarşı hansısa terror və hərbi cinayətlər törədə bilər”.

Millət vəkilinin sözlərinə görə, Ermənistan reallığı gec-tez anlayacaq və onlar Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun nələrə qadir olduğunu dərk edirlər və həmişə də bunu nəzərdə saxlayacaqlar: "Düşmənin edəcəyi hansısa bir səhv mütləq ki, yenidən dəmir yumruğun başlarına dəyəcəyini anlamağa onlatı məcbur edəcək. İstənilən halda, Azərbaycan diktə edən tərəfdir, Ermənistan isə reallıqları dərk etməsə, öz müstqəilliklərini şübhə altına salmış olacaqlar. Ermənistanın tək çıxış yolu Azərbaycan və Türkiyə ilə dostluq əlaqələrini qurmaq və götürdüyü öhdəliklərə uyğun olaraq kommunikasiya xətlərinin bərpası üçün özləri tərəfindən etməli olduğu addımları qısa müddətdə atmaq və region dövlətlərinə qarşı ərazi iddialarından əl çəkməkdir. Bunları edəcəyi təqdirdə, Ermənistan regionda öz inkişaflarını təmin etmiş olacaq, əks təqdirdə isə onlar özlərini təcriddə saxlayacaqlar. Bu isə Ermənistanın məhvinə gətirib çıxara bilər”.

Akqabay Mıradov

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR