Naxçıvan bu gün özünün inkişaf dövrünü yaşayır - Deputat
Bizi izləyin

Nida Təhlil

Naxçıvan bu gün özünün inkişaf dövrünü yaşayır - Deputat

"Prezident İlham Əliyevin torpaqlarımız işğaldan azad olunandan sonra ulu öndərin birinci ad günündə, 98-ci illiyində Naxçıvana səfər etməsi böyük əhəmiyyətə malikdir".

Bunu Publika.az-a Milli Məclisin deputatı Azər Badamov deyib.

Millət vəkili bildirib ki, bu, həm də Prezident İlham Əliyevin öz ata yurduna olan dərin hörmət və məhəbbətinin təzahürü idi: "Bunu həm də hər birimiz üçün ata yurduna məhəbbətin aşılanması üçün bir tərbiyəvi məktəb olduğunu hesab edirəm. Dövlət müstəqilliyimizin ilk illərində Azərbaycanın ayrılmaz subyekti olan Naxçıvan çox ağır günlər yaşayıb. Məhz Heydər Əliyevin o çətin günlərdə Naxçıvana rəhbərlik etməsi bu bölgəmizi çoxlu fəlakətlərdən qurtarıb. O cümlədən, hakimiyyətdə olan AXC-Müsavat cütlüyü ulu öndəri Naxçıvanda hakimiyyətdən uzaqlaşdırmaqla, öz əlaltılarını hakimiyyətə gətirərək bu gözəl diyarımızı da Qarabağ torpaqları kimi ermənilərə satmaq istəyirdi. Amma naxçıvanlılar ulu öndərin ətrafında sıx birləşdilər və Naxçıvanı gözlənilən faciələrdən qoruya bilib".

A.Badamovun sözlərinə görə, Naxçıvan bu gün özünün inkişaf dövrünü yaşayır: "Qazlaşma, elektrik enerjisi ilə təminat 100 %-dir. Yol infrastrukturu keyfiyyətli icra olunub. Naxçıvanda bir çox sənaye, aqrar və turizm müəssisələri fəaliyyət göstərir. Cənab Prezident Naxçıvana səfəri çərçivəsində bir çox obyektlərin açılışında iştirak etdi və bir sıra müəssisələrin tikintisi ilə tanış oldu. Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyi bu gün yüksək səviyyədə qorunur. Bu diyarımız istehsal etdiyi məhsulları ilə demək olar ki, özünü təmin etməyə keçib. Tikintisi davam etdirilən və açılışı edilən müəssisələr də Naxçıvanın gələcək təminatının təhlükəsizliyinə xidmət edəcək. Xüsusilə su elektrik stansiyasının inşası bu bölgəmizin enerji asılılıığını aradan qaldıracaq. Naxçıvanda müasir innovasiyalara əsaslanmış iqtisadiyyat qurulur. Bu bölgədə ASAN xidməti və DOST mərkəzlərinin tikintisi Naxçıvanda da dövlət xidmətlərini müasirləşdirəcək. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, Zəngəzur dəhlizinin açılışından sonra Azərbaycan bütövləşəcək və Naxçıvanın gələcək inkişafı üçün yeni üfüqlər açılacaq”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm