Dünyanın gözü Azərbaycanın Mədəniyyət paytaxtı Şuşadadır - Deputat
Bizi izləyin

Nida Təhlil

Dünyanın gözü Azərbaycanın Mədəniyyət paytaxtı Şuşadadır - Deputat

"Bu gün dünyanın gözü Azərbaycanın Mədəniyyət paytaxtı Şuşadadır. Bu günlərdə uzun illər fasilədən sonra Şuşada keçirilən Xaribülbül festifalı dünyanın diqqətini yenidən Azərbaycana çəkdi. Bu musiqi festifalı təkcə Azərbaycan xalqının xalqının mədəniyyət bayramı kimi dəyərləndirilməməlidir".

Bunu Publika.az-a açıqlamasında millət vəkili Məlahət İbrahimqızı deyib.

Millət vəkili bildirib ki, bu festival bir daha dünyaya sübut edəcək ki, Azərbaycan xalqının erməni faşizmi üzərindəki Zəfəri bölgə və kürəsəl sülhə və barışa bir töhfədir: "Belə bir deyim var mədəniyyət və incəsənət sərhəd tanımır. Şuşa festifalı uzun əsrlərdir ki, Azərbaycanda yaşayan müxtəlif xalqların yaratmış olduğu musiqi nömrələrinin proqrama daxil edilməsi xalqımızın zəngin multikultiral dəyərlərinin və ölkəmizin tolerantlıq nümunəsi olmasını bir daha dünyaya nümayiş etdirəcəkdir. Beynəlxalq ictimaiyyət, eləcə də beynəlxalq təşkilatlar nəhayət ki, birmənalı olaraq başa düşməlidir ki, təcavüzkar Ermənistanın 30 ilə yaxın müddətdə işğalda saxladığı bu ərazilər terrorçuluğun, silah qaçaqmalçılığının, narkotrafikin mərkəzi idi. Bu isə nəinki Azərbaycana, eyni zamanda insanlğa ciddi təhlükə idi".

Deputatın fikrincə, məhz müzəffər ordumuzun qüdrəti və Ali Baş Kamandanımızın cəsarəti və qətiyyəti ilə insanlıq bu qlobal təhlükədən, erməni faşizmindən qurtardı: "İnşallah əminik ki, tezliklə Şuşa ən mötəbər beynəlxalq səviyyəli mədəniyyət tədbirlərinə ev sahibliyi edərək, beynəlxalq səviyyəli Mədəniyyət Mərkəzinə çevriləcək".

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm