Prezidentin Şuşa səfəri: zaman və məkan niyə önəmlidir?
Bizi izləyin

Nida Təhlil

Prezidentin Şuşa səfəri: zaman və məkan niyə önəmlidir?

Prezident Qarabağdadır: Şuşada “Xarıbülbül” musiqi festivalının açılışı keçirilir.

Səfərin zamanı və məkanı ayrı-ayrılıqla diqqət çəkir.

Birincisi: Lavrovun Bakı səfərində rusların Qarabağla bağlı yeni istəklərinin olduğu ehtimalları var idi. Prezident Rusiya baş diplomatını qəbul etməmişdən öncə - Naxçıvanda mövqeyini qəti şəkildə bildirdi. Bakıdakı görüşlərin atmosferi və səslənən fikirlər Lavrovun istəyini almadığını deməyə əsas verir. Lavrovun gedişindən bir gün sonra Əliyevin Qarabağ səfəri və verəcəyi mesajlar həm Bakıda bağlı qapılar arxasında rusların nələr istədiyini təxmin etməyə imkan verəcək, həm də Bakının prinsipial mövqeyi məhz Qarabağda yenidən dilə gətiriləcək.

İkincisi: Cıdır düzündə Azərbaycan muğamının səslənəcəyi Paşinyanın arvadı Anna Akopyanın vaxtilə birinci xanım Mehriban Əliyevaya ünvanladığı çağırışa yerindən cavabın verilməsidir. Akopyan ironiya ilə deyirdi ki, “Mən Mehriban Əliyevanı Qarabağa dəvət etmək istəyirəm. Əgər o, Qarabağda muğam dinləməyi arzulayırsa, bunun bir yolu var: “Artsaxla” yaxşı qonşuluq münasibətləri. Onlar Qarabağa gələ, gözəl təbiətin qoynunda çay içə, muğama qulaq asa bilərlər”.

Bu gün Şuşada “Xarıbülbül” festivalı başlayır, Cıdır düzündə Azərbaycan muğamı yenidən səslənəcək, amma Akopyanın istədiyi kimi yox.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm