Nida Təhlil
Paşinyan bu torpaqları da geri qaytarır - DETALLAR
Ermənistanın Vatikandakı keçmiş səfiri, baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın sərt tənqidçisi Mikael Minasyan artıq neçənci dəfədir ki, Paşinyanın Azərbaycanla yeni saziş imzalamağa hazırlaşdığını bildirir. Minasyan Paşinyanı növbəti dəfə satqınlıqda ittiham edərək yeni sazişin bütövlüklə Azərbaycanın maraqlarına xidmət etdiyini deyib. O bildirib ki, Paşinyan Azərbaycana növbəti “torpaq güzəşti” edəcək. Söhbət Qazaxın 7, Naxçıvanın 1 kəndinin geri qaytarılmasından gedir.
Publika.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib. Politoloq bildirib ki, Minasyan haqqında danışdığı sənədin surətinin bir hissəsini yaydıqdan sonra axşam saatlarında bir qrup erməni etirazçı Nazirlər Kabinetinin binası qarşısında toplaşıb:
“Həmin erməniləri Azərbaycan hərbçilərinin erməni hərbçiləri sərhəddən uzaqlaşdıran görüntüləri qəzəbləndirib. Paşinyana müxalif olanlar Mikael Minasyanın boş danışmadığına inanırlar. Çünki Minasyan ötən ilin noyabr ayında da Paşinyanın Azərbaycan qarşısında kapitulyasiyaya hazırlaşdığını bildirmişdi. Bir neçə gün sonra Paşinyan həqiqətən Azərbaycanın şərtlərini qəbul etmək məcburiyyətində qaldı. Belə çıxır ki, hökumət içərisində və Paşinyana yaxın fiqurlardan biri Minasyana işləyir, ona məxfi məlumatları ötürür. Əslində, bu, ilk növbədə Paşinyanı narahat etməlidir. Minasyanın son açıqlamasına gəldikdə isə, Paşinyan maraqlı etiraf edib: “Biz Azərbaycanla yeni saziş imzalamağa hazırlaşırıq, üçtərəfli (Azərbaycan, Ermənistan və Rusiya) danışıqlar əsasında sənəd üzərində iş gedir. Yeni sənəd Ermənistanın maraqlarına cavab verir. Minasyan isə Azərbaycanın maraqları üçün çalışır və sənədlə bağlı təhrif olunmuş məlumatlar yayır. Əgər Azərbaycan razılıq verərsə, həmin sənədi imzalayacağam”.
Minasyan haqlı imiş. Görəsən söhbət hansı razılaşmadan gedə bilər? Bu, sülh sazişidirmi? Bizim maraqlarımız bəllidir və onlar təmin edilməlidir: 1. Qarabağdakı ermənilər tam tərk-silah olunmalı, Ermənistandan Azərbaycan torpaqlarına “hərbi xidmətə” kimsə göndərilməməlidir; 2. Qazaxın 7, Naxçıvanın 1 kəndi geri qaytarılmalıdır; 3. Zəngəzur üzərindən dəhliz açılmalıdır. Qalan məsələlər – Laçın dəhlizinin, Qarabağın tamamının nəzarət altına alınması və Ermənistanla sərhəddin müəyyənləşdirilməsi özümüzə aiddir, bunları İrəvanla müzakirə etməyin anlamı yoxdur”.
-
Yaxın Şərq19:36
Üsyançılar Rusiya bazasının yerləşdiyi TARTUSDA: Əsədin atasının daha bir heykəlini yıxdılar - VİDEO
-
Magazin118:48
Anası Eminlə bağlı görün nəyi ETİRAF ETDİ - VİDEO
-
Dünya18:00
Bəşər Əsədin lüks avtomobilləri - VİDEO
-
Sosial16:20
Vətən müharibəsi iştirakçısı vəfat etdi - Foto
-
Dünya14:50
Milyonlarla suriyalı artıq geri qayıda bilər - Hakan Fidan
-
Digər14:40
Günəşdə iki böyük partlayış oldu
-
Kriminal14:30
Şəmsi Səmədzadə həbs olundu
-
Yaxın Şərq14:00
Əsədin tutulmasına yardım edənə bu qədər pul veriləcək