Nida Təhlil
Azərbaycanın razılığı olmadan Ermənistan bunu edə bilməz - Qənizadə
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda keçirilən müzakirələr beynəlxalq aləmdə böyük maraqla qarşılanıb. Çünki bu mövzu qlobal gündəlikdə duran çox zəruri məsələlərdəndir. Artıq beynəlxalq aləmə də bəllidir ki, bu yaxınlarda Cənubi Qafqaz regionunda köklü dəyişikliklər baş verib. Yəni, Ermənistanın 30 illik işğalına son qoyulub və Azərbaycan işğal altında olan ərazilərini öz gücü ilə azad edib. Təbii ki, regionda yaranmış yeni vəziyyət yeni yanaşmalar tələb edir.
Bu fikirləri Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə söyləyib.
Ç.Qənizadə deyib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin beynəlxalq aləmdə nüfuzu getdikcə yüksəlir və Mərkəzin mövqeyi daha da möhkəmlənir. Bunu dünyanın bir çox tanınmış diplomatlarının tədbirdə iştirakı da təsdiqləyirdi. Mərkəz Bakı Qlobal Forumundan başqa da bir sıra nüfuzlu tədbirlərin təşkilatçısı kimi tanınır. Bir sözlə, Mərkəz bəşəriyyətin üzləşdiyi çağırışların müzakirə olunduğu platformaya çevrilib. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi səkkiz illik fəaliyyəti dövründə çevrəsinə beynəlxalq üzvləri cəlb edib. Bu dövrdə Mərkəzin beynəlxalq aləmdəki nüfuzu daha da artıb, mühüm beynəlxalq təşkilatlarla və dünyanın elmlər akademiyaları, elmi təsisatları ilə əməkdaşlığı daha da genişlənib.
Komitə sədri onu da qeyd edib ki, dünyanı pandemiya kabusu bürüdüyü bir vaxtda Mərkəz koronavirusun törətdiyi fəsadlara biganə qalmayıb, bu qorxulu virusa qarşı mübarizədə həmrəylik nümayiş etdirib.
Azərbaycan Prezidentinin tədbirdəki çıxışının həmişə olduğu kimi, bu dəfə də böyük maraq doğurduğunu, Mərkəzi pandemiya dövründə çox yaxşı fəaliyyətinə görə təbrik etdiyini diqqətə çatdıran Ç.Qənizadə dövlətimizin başçısından sitat gətirərək deyib: “Mərkəz yeni şəraitə özünü çox müdrik formada uyğunlaşdırdı. Pandemiya ilə bağlı vəziyyətdən asılı olmayaraq, öz fəaliyyətini yeni formada davam etdirdi. Eyni zamanda, bu fəal işin aparıldığı səkkiz il ərzində mərkəz dünyada aparıcı beynəlxalq təsisatlardan birinə çevrilmişdir. Onun geniş fəaliyyəti, əslində, dünyada sülh, əməkdaşlıq, təhlükəsizlik və sabitlik işinə xidmət edir. Mərkəzin üzvləri ölkələrinə, yaxud beynəlxalq təşkilatlara uzun illər rəhbərlik etmiş məşhur dünya siyasətçiləridir. Sizin təcrübəniz həqiqətən unikaldır. Bir sözlə, bu cür təcrübənin bir araya toplanması, hesab edirəm ki, bugünkü dünyada nadir hadisədir”.
Bildirilib ki, Azərbaycanın budəfəki tədbirə qalib ölkə kimi qatılması diqqətçəkən məqamlardandır. Çünki ölkəmiz 30 il Ermənistanın işğalçılıq siyasətinə məruz qalmış, torpaqlarının 20 faizi zəbt olunmuş, bir milyondan artıq soydaşımız doğma ata–baba yurdlarından didərgin salınmışdı. Bir sıra beynəlxalq təşkilatların və Qərbin bəzi dövlətlərinin dünyada baş alıb gedən ikili standartlarına, təhdid və təzyiqlərinə baxmayaraq, Azərbaycan öz gücü ilə düşməni darmadağın etdi və 30 illik işğala son qoydu. Dövlətimizin başçısı bir mühüm faktı da diqqətə çatdıraraq dedi ki, bu gün Ermənistanın ordusu belə yoxdur. O, tamamilə məhv edilib. Ölkə altı aydan çoxdur ki, daimi siyasi böhran içindədir. Cəmiyyətdə böyük dərəcədə inamsızlıq yaranıb, qarşılıqlı ittiham irəli sürülür. Bəzi siyasi liderlərin ritorikası hər hansı bir qəbul edilən çərçivədən tam uzaqdır.
Ermənistanın işğalçılıq siyasətinin bu ölkəyə ciddi zərbə vurduğunu bildirən Ç.Qənizadə vurğulayıb ki, o, bu müddət ərzində bütün qlobal layihələrdən kənarda qalıb. Azərbaycanın razılığı olmadan Ermənistan regionda hər hansı bir layihəyə qoşula bilməz. Onlar özləri də dərk etdilər ki, işğalçılıq siyasətindən əl çəkməməkdə böyük səhvə yol veriblər. Hazırda Ermənistan siyasi böhran içərisində boğulur.
“Tədbir iştirakçılarına bir daha bəlli oldu ki, Dağlıq Qarabağ münaqişəsi, ilk növbədə, Azərbaycan tərəfindən, sonra isə ötən il Rusiya, Azərbaycan və Ermənistan dövlət başçılarının imzaladıqları 10 noyabr tarixli Birgə Bəyanatla artıq həll olunub”, - söyləyən komitə sədri vurğulayıb ki, hazırda Cənubi Qafqaz regionunda köklü dəyişikliklər baş verib və yeni dövr başlanıb. Buna görə də yeni vəziyyət yeni yanaşmalar tələb edir. Dövlətimizin başçısı da qeyd etdi ki, Azərbaycan gələcəyə nəzər salmağa, vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmağa hazırdır. Zəngəzur dəhlizi açıldıqdan sonra bütün region ölkələri üçün yeni imkanlar yaranacaq. Bu səbəbdən, bildirmək istəyirəm ki, Azərbaycan əməkdaşlığa və ümumi gələcəyimizin planlaşdırılmasına açıqdır, çünki biz istəsək də, istəməsək də qonşuyuq və yanaşı yaşamalıyıq və bir daha bu birgə yaşamanı öyrənməliyik.
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...