Nida Təhlil
Naxçıvandan Azərbaycana ikinci dəhliz də açılacaq
Ermənistan mediası iddia edir ki, “Azərbaycanla Türkiyəni birləşdirən dəhlizlərdən biri Qaragölün yaxınlığından keçəcək və bu dəhlizin inşasına hazırlıq üçün göl istiqamətində qurunt yolun çəkilişi başlanılıb”.
İnformasiya rəsmi deyil, lakin Naxçıvanı Azərbaycanla birləşdirəcək ikinci dəhlizin də olacağı fonunda diqqət çəkir.
Zəngəzur dəhlizi Naxçıvanı Azərbaycanla birləşdirən birinci dəhlizdir, hazırda dəhlizin inşası həyata keçirilir. Naxçıvandan Azərbaycana ikinci dəhlizin olacağı anonsunu ilk dəfə Prezident Əliyev vermişdi.
2020-ci ilin 1 dekabr tarixində xalqa müraciəti zamanı İlham Əliyev bildirdi ki, “...Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası - bu məsələni tam və gələcəyə hesablanmış çərçivədə həll etmək üçün əlavə də bənd salındı. Yəni, bu, nə deməkdir? O deməkdir ki, iki dəhliz olmalıdır. Əgər lazım olsa, iki dəhliz olmalıdır”.
Sərhəd məsələsinin strateji hədəflərindən biri də budur. Mümkündür ki, Zəngəzur dəhlizinin inşasını davam etdirən Azərbaycan ikinci dəhlizin inşasına da hazırlaşır.
Asif Nərimanlı
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR