Paşinyanın Parisdəki ad günü: Moskvaya meydan oxuyacaq?
Bizi izləyin

Nida Təhlil

Paşinyanın Parisdəki ad günü: Moskvaya meydan oxuyacaq?

“Ermənistanın baş naziri Nikol Paşinyan sərhəddəki demarkasiya problemlərini həll etmək üçün Rusiyadan başqa digər ölkələri də vasitəçi kimi bölgəyə dəvət etmək istəyir. Daha doğrusu, öz variantını təklif etməyi düşünür. Rusların Ermənistanda olması üçün heç bir problem yoxdur. Ortada bir sıra hərbi-siyasi xarakterli fərqli sənədlər var, bunun əsasında ruslar Ermənistandakı varlıqlarını sabah da artıra bilərlər”.

Publika.az xəbər verir ki, bunu Azərbaycanın keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov özünün feysbuk səhifəsində yazıb. Politoloq qeyd edib ki, Paşinyan mövcud problemləri həll etmək üçün başqalarına da zəng edir:

“Paşinyan 1 iyunda işgüzar səfərdə olarkən ad gününü Fransada qeyd edəcək. Məlumdur ki, Nikol Paşinyan sərhəddə heç olmasa fransız, bəlkə də amerikalı hərbçiləri rus əsgərlərinin yanında görmək istəyir. Hesab edirəm ki, bu seçim birbaşa Moskvaya, bir az da Tehrana meydan oxumaqdır. Beləliklə, bizi maraqlı hadisələr gözləyir”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm