Ərdoğan gəlir: Mühüm sənədlər Şuşada imzalana bilər
Bizi izləyin

Nida Təhlil

Ərdoğan gəlir: Mühüm sənədlər Şuşada imzalana bilər

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Azərbaycana səfərə hazırlaşır.

Ərdoğan bildirib ki, iyunun 16-da Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Türkiyə-Uels oyununu izləyəcək.

“Brüsseldəki proqramımızdan sonra Bakıda İlham Əliyev qardaşımızın qonağı olacağıq. Oradan Şuşaya gedəcəyik. İşğaldan azad edilən ərazilərdən biri olan Şuşaya ailəvi gedərək, həm rəsmi görüşlər, həm də müxtəlif ziyarətlər keçirəcəyik. Dost və qardaş Azərbaycanın işğal altında olan torpaqlarının ölkəmizin dəstəyi ilə azad edilməsi Ermənistan başda olmaqla bölgədəki bütün tərəflərə yeni dönəmin qapılarının açılması fürsətidir. Türkiyə olaraq qarşıdakı zamanlarda danışıqları davam etdirməyi düşünürük. İyunun 16-da Bakıda hərbçilərimizlə görüşəcəyik”, - Ərdoğan deyib.

Bu açıqlamadan məlum olur ki, Ərdoğan Türkiyə-Uels matçından öncə Şuşaya səfər edəcək. İstisna deyil ki, Azərbaycan və Türkiyə arasında mühüm müqavilələr Şuşada imzalanacaq.

Proseslərə istinadən Əliyevlə Ərdoğan Bakıda regionun, həm də qlobal güclərin mübarizəsinin inkişafını müəyyənləşdirəcəyini deyə bilərik.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm