Bu cür yarışlar ölkəmizin nüfuzuna müsbət təsir göstərir - Deputat
Bizi izləyin

Nida Təhlil

Bu cür yarışlar ölkəmizin nüfuzuna müsbət təsir göstərir - Deputat

Azərbaycanda 2020-ci il futbol üzrə Avropa çempionatının dörd oyunu keçiriləcək. İstənilən bu cür genişmiqyaslı idman yarışları hər zaman diqqət çəkir. Bu cür yarışlar ölkə nüfuzuna müsbət təsir göstərir.

Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Aydın Hüseynov deyib.

Depuatat ölkəmizdə keçirilən böyük yarışların dünya ictimaiyyətinin və idmançılarının diqqətini çəkdiyini bildirib: "Artıq kütləvi informasiya vasitələri ilə bütün dünyaya Azərbaycanla bağlı məlumatlar yayımlanır. Biz dəfələrlə görmüşük ki, bu cür kütləvi tədbirlərin, idman yarışlarının keçirildiyi ölkələrə maraq artır. Digər tərəfdən, bu cür yarışların keçirilməsi ilə ölkəyə qoyulan investisiyaların miqdarı da artır. Ölkəmizə gələn turist sayının artmasında kəskin rol oynayır. Bu yarışların keçirilməsi ilə digər ölkələrin vətəndaşları Azərbaycanda gedən prosseslərdən xəbərdar olur. Onlar xalqımızın mental dəyərləri, mədəniyyəti ilə tanış olurlar. Bizim necə tolerant millət olduğumuzu görürlər”.

Rahib Ələsgərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm