Ermənistanda namizədlər seçiciləri pulla ələ alırlar - Politoloq
Bizi izləyin

Nida Təhlil

Ermənistanda namizədlər seçiciləri pulla ələ alırlar - Politoloq

Ermənistanın daxili-siyasi vəziyyəti çox gərgindir. Düşünürəm ki, seçkilərdən sonrakı proseslərə də bu gərginlik mənfi təsir göstərəcək. Seçkilərdə müxtəlif kompromat müharibələrə, açıqlamalara rast gəlmək olar. Bu da onu göstərir ki, hazırda Ermənistanın siyasi rəhbərliyi vəziyyətdən çıxış yolu görmür və yaxud bunu ictimaiyyətə təqdim edə bilmir.

Bu fikirləri Publika.az-a politoloq İlqar Vəlizadə deyib.

O bildirib ki, Ermənistanda seçki ərəfəsində daxili qarşıdurma güclənib: “Hakimiyyətə müxalif olan qüvvələrin strategiyaları yoxdur. Onların yalnız bir strategiyası var. Həm müxalifəti, həm də hakimiyyəti bu strategiya ilə razı salmaq olmaz. Biri hakimiyyəti əldə saxlamaq, digəri isə hakimiyyətə gəlmək istəyir. Burada iqtisadi layihələrin və platformaların həyata keçirilməsi müzakirə olunmalıdır. Ermənistanda böhran yaşanır. Ancaq mövcud böhrandan çıxış yollarını heç biri təqdim etmir, heç biri əsaslanmış platforma ilə çıxış etmir. Bu da ondan xəbər verir ki, siyasi partiyalar, və yaxud da siyasi oyunçular seçkilər üzrə elektoratlarının səsini almaq üçün mübarizə aparırlar, seçicilər onlar üçün sadəcə vasitədir”.

Politoloqun sözlərinə görə, namizədlər mübarizəni digər yollarla aparmağa cəhd göstərirlər və müxtəlif vasitələrlər seçiləri ələ almağa cəhd edirlər: “Onlar inzibati yollarla, bəziləri isə açıq-aşkar şəkildə seçicilərini pulla ələ alır və bununla bağlı faktlar var. Bütün bu hallar onu göstərir ki, bu, seçki deyir, seçki-parodiyadır. Bu amillərin heç biri seçkilərdə əsas rol oynamır. Robert Koçaryan inzibati amillərə arxalanır. Hazırda hakimiyyətdə təmsil olunan və ya inzibati strukturlarda çalışan insanları ələ alır, onlar satın alınırlar. Artıq həmin şəxslər onun partiyasına daxil olmaq istəyirlər. Çünki onları pulla satın alıblar. Onlar inzibati baxımından məsələnin həllini daha çox real görürlər, nəinki belə açıq və şəffaf seçkilərlə”.

İlqar Vəlizadə qeyd edib ki, Nikol Paşinyan qalib gələrsə, bizim üçün faydalı olar: “Ancaq düşünmürəm ki, Koçaryan hakimiyyətə gəlsə, yaxşı bir şey olacaq. O, qatildir. Paşinyan isə 44 günlük müharibədə günahkar olan şəxsdir. Koçaryanın bilavasitə azərbaycanlıların qanına əli batıb, qatildir. O, Azərbaycan ərazilərini Birinci Qarabağ müharibəsində zəbt edib, işğal prosesində iştirak edib. Həmçinin, Xocalı soyqırımının törədilməsində, etnik təmizləmə prosesində iştirak edib. Koçaryan və ya onun təmsilçilərinin hakimiyyətə gəlməsinin region üçün faydalı ola biləcəyini düşünmürəm”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm