Prezidentin atdığı addımların strateji konturları görünür - Rəy
Bizi izləyin

Nida Təhlil

Prezidentin atdığı addımların strateji konturları görünür - Rəy

“Ermənistanın Ağdam rayonu üzrə minalanmış ərazilərin xəritəsini təqdim etməsi Prezident İlham Əliyevin apardığı dəqiqliklə ölçülmüş, sistemli siyasətin məntiqi nəticəsi, növbəti qələbəsi kimi qiymətləndirilməlidir”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

Millət vəkili qeyd edib ki, işğal altında olmuş rayonların arasında ən çox mina məhz Ağdam rayonu ərazisində basdırılıb: “Ermənistanda seçkiqabağı təbliğat günü-gündən qızışır. Sirr deyil ki, müxtəlif siyasi qütblər arasında hakimiyyət uğrunda gərgin mübarizə gedir. Qərbin maraqlarını ifadə edən Paşinyanla Rusiyayönümlü qüvvələrin bölgənin gələcəyi ilə bağlı baxışlarında fərqli yanaşmalar mövcuddur. Azərbaycan tərəfindən xəritələrin əvəzinə adları xalqımızın əleyhinə cinayətlərdə hallanmamış 15 erməninin qaytarılması nizamlama prosesinə müsbət təsir etməklə yanaşı, erməni hakim partiyasının da reytinqini qaldıracaq”.

Deputatın sözlərinə görə, bu məqamda da Azərbaycan Prezidentinin atdığı addımların strateji konturları görünür: “20 il ərzində Ermənistanda siyasi hakimiyyətdə olmuş cinayətkar Qarabağ klanının yenidən iqtidara gəlməsi regionda gərginliklərin artacağından, nizamlama prosesinin pozulmasından xəbər verir. Koçaryanın rəhbərlik etdiyi siyasi blokun hazırladığı təbliğat materiallarında, kliplərdə açıq şəkildə Azərbaycan xalqına qarşı düşmənçilik elementlərini görürük. Belə yanaşma olduqca ziyanlı və təhlükəlidir. Düşünürəm ki, düşmənçiliklərə son qoymağın və hər iki xalqı sülhə hazırlamağın vaxtıdır. Bu istiqamətdə atılacaq növbəti addımlar da praqmatik düşüncəli qüvvələrə dəstək xarakteri daşımalıdır”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm