Ərdoğan-Bayden görüşündən çıxan nəticə: hər kəs bildiyi kimi oynayacaq - TƏHLİL
Bizi izləyin

Nida Təhlil

Ərdoğan-Bayden görüşündən çıxan nəticə: hər kəs bildiyi kimi oynayacaq - TƏHLİL

Ərdoğan və Baydenin 45 dəqiqə çəkən görüşü başa çatdı.

Bayden “Çox yaxşı görüş oldu” deyir, hərçənd, Ərdoğanın açıqlamaları görüşlə bağlı müəyyən nəticələr çıxarmağa imkan verir.

1. PYD/YPG məsələsində razılıq əldə olunmayıb. Ərdoğanın “Terror məsələsində qruplaşmalar arasında seçim edən, yaxşı terrorçu, pis terrorçu kateqoriyasına bölən anlayış davam edir” sözləri Baydenin PKK-nın Suriya qanadı olan PYD/YPG-ni “müttəfiq” olaraq gördüyü deməkdir.

2. Ərdoğan Baydenin S-400 məsələsi ilə bağlı istəyini qəbul etməyib. Bu, Türkiyənin ABŞ-ın “idarəolunan ölkə” kateqoriyasına daxil olmayacağı, müstəqil siyasətini davam etdirəcəyi deməkdir.

3. Əfqanıstandan çıxan ABŞ Türkiyənin bölgədə olmasına isti baxır. Vaşinqtonun Əfqanıstandan çıxması və terrorçu elan etdiyi Talibanla görüşmələr keçirməsi bu ölkədə - Çinin sərhədləri dibində yeni ekstremizm ocağının yaradılacağı gözləntisini ortaya çıxarır. Türkiyənin Əfqanıstanda qalmaq istəyi də “Bir kəmər, bir yol” layihəsinin Orta dəhlizində yarana biləcək riskləri önləməkdir. Ankaranın Əfqanıstanda Pakistanı da yanına almaq istəyi buna hesablanmış gedişlərdəndir. ABŞ isə Türkiyənin bölgədə qalmasını elə Çinə qarşı həmlələrdə istifadə üçün istəyir. Hər kəs öz oynunu oynayır deyə bilərik.

4. Tərəflər münasibətləri müttəfiqlərə yaraşan formada, birbaşa dialoq kanalları ilə qurmaqla bağlı razılığa gəliblər. Bu amil belə danışıqların konkret nəticələrlə yekunlaşmadığını deməyə əsas verir.

ABŞ və Türkiyə arasında diplomatik təmaslar intensivləşəcək, müəyyən loyallaşma da olacaq, amma Vaşinqton da, Ankara da öz bildiyi kimi oynamağa davam edəcək.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm