Bu, region üçün əlavə çağırışlar deməkdir - Politoloq
Bizi izləyin

Nida Təhlil

Bu, region üçün əlavə çağırışlar deməkdir - Politoloq

Fransa və Böyük Britaniya arasında strateji məqsədlərin ayrıldığı üzə çıxdı. İlk növbədə London və eyni zamanda Vaşinqton NATO-da Parisin deyil, Ankaranın Afrika, Yaxın Şərq, Cənubi Qafqaz regionlarında güclənməsinə dəstək verəcəklər.

Publika.az xəbər verir ki, bu sözləri Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib. NATO sammiti haqqında fikirlərini dilə gətirən politoloq qeyd edib ki, ABŞ və Türkiyə ümumi mövzularda razılığa gəlib:

"ABŞ və Türkiyə arasında son illər müzakirə mövzusu olan "S-400" məsələsi aradan qalxmadı. O cümlədən, Rəcəb Tayyib Ərdoğan çıxışında kürd terrorçularına dəstəkdən məmnun olmadığını qeyd etdi. Bu isə o deməkdir ki, tərəflər bir-birinə qarşı təzyiq kartlarından istifadə edəcəklər. Lakin ümumi mövzularda razılığa gəlinib.

Vaşinqton öz aləmində Pekinə qarşı Mərkəzi Asiyada ən uğurlu ola biləcək Ankara kartından istifadə etmək istəyir. Kabul hava limanının türk hərbçilərinə verilməsi, Türkiyənin Pakistan və türkdilli dövlətlərlə hərbi-siyasi anlaşmaları hələ başlanğıcdır.

Türkiyənin isə əsas məqsədi Çinə qarşı mübarizə deyil. Ankara Turan coğrafiyasında hərbi-siyasi və iqtisadi cəhətdən möhkəmlənmək niyyətindədir.

NATO üçün indi ən böyük təhlükə Çindir. İqtisadi baxımdan Pekinə qarşı davranış məsələsində fikir ayrılıqları var. Çinə qarşı ən qətiyyətli mövqeni ABŞ özü nümayiş etdirməlidir.

Ukrayna və Gürcüstanın quruma daxil olması üçün 2023- 2024-cü illər göstərilir. Vladimir Putinin də cavabı onu göstərir ki, NATO-nun genişlənməsi Rusiyanın da genişlənməsinə gətirib çıxaracaq. Bu isə hazırda bizim region üçün əlavə çağırışlar deməkdir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm