• USD 1,7000 0,00% EUR 2,0122 -0,28%
    • GBP 2,3617 -0,22% RUB 0,0233 0,00%

NATO Qarabağ münaqişəsinin bitdiyini qəbul edir: Yekun sənədlə verilən MESAJLAR

NATO Qarabağ münaqişəsinin bitdiyini qəbul edir: Yekun sənədlə verilən MESAJLAR

NATO-nun Brüsseldə keçirilən Zirvə toplantısı başa çatdı. Bu Zirvə dünya üçün geosiyasi mübarizənin yeni konturlarının cızılması baxımından əhəmiyyətli olmaqla yanaşı, Azərbaycan üçün Qarabağ məsələsi kontekstində diqqət çəkir.

NATO 44 günlük müharibədə Azərbaycanın qazandığı qələbədən sonra regionda yaranmış reallığı, bir sözlə Dağlıq Qarabağ münaqişəsinin bitdiyi faktını qəbul edir. Hərbi ittifaqın yekun sənədinə istinadən bunu deyə bilərik.

Əvvəl qəbul edilən yekun sənədlərdə Cənubi Qafqazla bağlı nələr yer alırdı?

1. Regionun digər ölkələri ilə yanaşı, Azərbaycanın da müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə dəstək ifadə olunurdu;
2. Cənubi Qafqazdakı münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsi və Helsinki Yekun Aktına uyğun şəkildə, mövcud danışıq formatları çərçivəsində sülh yolu ilə həllinə dəstək qeyd olunurdu;

2021-ci il 14 iyun tarixli Zirvə toplantısında qəbul edilən yekun sənəddə nələr var?

Yekun sənəddə Cənubi Qafqaza ümumiyyətlə istinad yer almayıb və sənəddən bu bəndin çıxarılması ilə NATO-nun açıq mesajlar verdiyini deyə bilərik:

Birincisi, NATO 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi zəfəri və bu zəfərdən sonra regionda yaranmış reallığı qəbul edir;
İkincisi, Şimali Atlantik Alyansı Prezidenti İlham Əliyevin “Ermənistan-Azərbaycan münaqişəsi artıq bitib” fikrini qəbul edir;
Üçüncüsü, NATO-nun Dağlıq Qarabağ münaqişəsinin bitdiyini qəbul etməsi ABŞ da başda olmaqla ittifaqın bütün üzvlərinin bu reallığı qəbul etməsi deməkdir;

Burada diqqətçəkən məqamlardan biri də yekun sənəddə Cənubi Qafqaz bəndinin çıxarılmasının həm də “mövcud danışıqlar formatı” ifadəsinə istinadən edilməməsi deməkdir və bu, Minsk qrupu formatında yeni “danışıqlar masası” qurmaq cəhdlərinin də NATO tərəfindən qəbul edilmədiyinə işarədir.

Tarixi zəfər nəticəsində Azərbaycan özü Ermənistanın 30 ilə yaxın işğalına son qoydu, BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsini icrasını təmin etdi. ATƏT-in Minsk Qrupu isə münaqişənin həlli istiqamətinə heç bir irəliləyişə nail ola bilmədi. Yeni reallıqda bu mexanizmin rolu yalnız regionda sülh və əməkdaşlığa töhfə vermək, Ermənistan ilə Azərbaycan arasında etimad quruculuğu tədbirlərinə dəstək vermək ola bilər. NATO da bu reallıqdan çıxış edərək məsələ ilə bağlı öz ənənəvi “mövcud danışıqlar formatı” ifadəsindən vaz keçib.

Azərbaycanın regionda yaratdığı yeni reallıq tədricən ölkələr və beynəlxalq təşkilatlar tərəfindən qəbul edilir.

Hərçənd, yekun sənəddə Cənubi Qafqaz regionuna, o cümlədən ölkəmizə istinadın olmaması Alyansın regionumuza marağının azalması kimi qiymətləndirilməsi də doğru olmaz. Çünki NATO-nun ən böyük siyasi və hərbi gücü olan Türkiyənin regionda rolu son proseslərdə daha da artıb və bu, NATO-nun Türkiyə üzərindən Cənubi Qafqaza olan marağının sübutudur.

Asif Nərimanlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR