Elçin Mirzəbəyli: "Azərbaycan və Türkiyə xalqlarının minillik arzuları gerçəyə çevrilir"
Bizi izləyin

Nida Təhlil

Elçin Mirzəbəyli: "Azərbaycan və Türkiyə xalqlarının minillik arzuları gerçəyə çevrilir"

Azərbaycan və Türkiyənin ortaq dəyərləri, tarixi , mədəniyyəti onsuz da bizi müttəfiqlik sazişinə doğru gətirirdi. Bunun üçün uzun illər böyük zəhmət tələb olunub, həyata keçirilən layihələr və bütün istiqamətlərdə atılan addımlar da məhz bu gün üçün hesbalanmışdı. 44 günlük Vətən müharibəsində nümayiş etdirilən Azərbaycan və Türkiyənin dostluq və qardaşlıq münasibətləri də həmçinin.

Bu sözləri Publika.az-a açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib. O qeyd edib ki, Azərbaycan və Türkiyənin strateji müttəfiqliyindən təbii dünyada heç nə ola bilməz:

“Təsadüfi deyil ki, ümumimilli lider Heydər Əliyev Türkiyə Azərbaycan qardaşlığını “Bir millət iki dövlət” sözləri ilə ifadə edirdi. İndi bu münasibətlər daha yüksək səviyyəyə daşınır. Birliyimiz və bərabərliyimiz ölkələrin liderləri tərəfindən təmin edilir. Azərbaycan və Türkiyə xalqlarının minillik arzuları gerçəyə çevrilir. Təbii ki, tarixi bir hadisəyə şahidlik edirik. Bu, tək Azərbaycan və Türkiyə üçün deyil, bütövlükdə türk dünyası üçün mühüm bir hadisədir. Türk birliyinin ideoloji təməli də zamanında Əli bəy Hüseynzadə tərəfindən qoyulmuşdu. Sonradan həm Azərbaycan bayrağında, həm də Türkiyənin ideoloji sistemində öz əksini tapdı. Tarixi missiyanın biz bu gün Azərbaycan və Türkiyə liderləri tərəfindən Şuşada həyata keçirildiyinin şahidi olduq. Bu, türk dünyasının birliyinə və bütövlüyünə xidmət edən amildir, onun ideoloji əsaslarını formalaşdırır.

Şuşada imzalanan bəyənnamə türk dünyası birliyinin daha möhkəm təməllər üzərində qurulmasına xidmət edir. Xalqlarımızın uzun illər könüllərində bəslədikləri ülvi niyyətin həyata keçməsi həqiqətən tarixi bir qələbə və bayramdır. Bu münasibətlə bütün vətəndaşlarımızı və türk dünyasını təbrik edirəm”.

Elçin Mirzəbəyli əlavə edib ki, Türkiyə və Azərbaycan münasibətlərinin əsası prqamatik müstəvidə qurulduğu ilk gündən Ermənistan və onun havadarlarına mesajlar verilir:

“Əslində sağlam düşünməyi bacaran ölkələr və onların liderləri, həmçinin region dövlətləri bu birliyinin əkeyhinə olmalı deyillər. Eyni xalqın münasibətlərini gücləndirməyə çalışmasından təbii nə ola bilər? Mədəniyyətimiz, dilimiz, tariximiz və kökümüz eynidir.

Digər tərəfdən bu birlik hər hansı üçüncü dövlətə qarşı yönəlməyib. Biz heç vaxt başqalarının torpaqlarını işğal etməməşik. Əksinə bizim torpaqlarımızı yağlamayıb və oğurlayıblar. Bu bölgəyə heç bir aidiyyatı olmayan xalqlar dövlət yaratmağa çalışıb. Artıq tarixi ədalət bərqarar olunmalıdır. Əks halda nizam pozulur və bu nizamın pozulmasından bütün xalqlar əziyyət çəkir.

Vaxtı ilə Azərbaycan torpaqlarının işğalı prosesində ideoloji əsaslarını təmin edən erməni millətçiliyi daha sonra başqalarını zəhərləyərək separatizmin miqyasını genişləndirdi. Odur ki, bu birlik bir xalqın, iki dövlətin maraqlarına və onların təhlükəsizliyinə xidmət edir. Şübhəsiz ki, təhlükəsizliyimizə kimsə təhdid yaratmayacaqsa, bu, ona qarşı çevrilməyib. Azərbaycan və Türkiyə bölgədə daha geniş əməkdaşlığa açıq olan dövlətlərdir”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm