Bu sənəd Azərbaycanın qələbəsidir - Politoloq
Bizi izləyin

Nida Təhlil

Bu sənəd Azərbaycanın qələbəsidir - Politoloq

Şuşada imzalanmış Müttəfiqlik Bəyannaməsi Rusiya, İran və Fransaya çox ciddi ismarışdır. Əgər kimsə Azərbaycana qarşı çaşarsa, qarşısında türk ordusunu görəcək.

Publika.az xəbər verir ki, bu sözləri Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib. Prezident İlham Əliyevin tarix yazdığını bildirən ekspert qeyd edib ki, sənədə əsasən dronların Azərbaycanda istehsalı ölkəmizin hərbi-texniki imkanlarını artıracaq və dostlarımızın sayını genişləndirəcək:

"Şuşada konsulluğun açılması mənəvi və siyasi əhəmiyyətə malikdir. Adətən belə yerlərdə diplomatik korpusun nümayəndələrinin yerləşdirilməsi ciddi hadisə sayılır. Yadınıza bir müddət əvvəl Qüdsə ABŞ və bir sıra digər ölkələrin səfirliklərinin köçürülməsini salıram.

İmzalanan bu sənəd London tərəfindən birbaşa, Vaşinqton tərəfindən dolayısı ilə dəstəklənirsə, Azərbaycanın qələbəsidir.

Əgər 100 il əvvəl Qars müqaviləsi bizi Naxçıvanda möhkəmləndirdisə, Şuşa Bəyannaməsi ilə Azərbaycan bütün sərhədlərini mümkün gələcək təhlükələrdən sığortalayacaq, Zəngəzurda möhkəmlənəcək".

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm