Yeni münasibətlər formatı hamının maraqlarına uyğundur - Deputat
Bizi izləyin

Nida Təhlil

Yeni münasibətlər formatı hamının maraqlarına uyğundur - Deputat

“Azərbaycan və Türkiyə arasında imzalanan tarixi Şuşa Bəyannaməsi böyük rəmzi xarakter daşıyır. Bu bəyannamənin məhz Şuşada imzalanması bölgənin təhlükəsizliyi, Azərbaycan Silahlı Qüvvələrinin inkişafı və Azərbaycan-Türkiyə münasibətlərinin yeni rəsmi müttəfiqlik səviyyəsində gələcək inkişafı üçün çox böyük əhəmiyyətə malikdir”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə deyib. Millət vəkili bildirib ki, Bakı-Ankara münasibətləri yeni çoxşaxəli bir sistemi formalaşdırır:

“Bu sistemin məğzində ölkələrin hər bir sahədə birliyi və əməkdaşlığı dayanır. Bununla yanaşı, bu bəyannamə digər ölkələr, eləcə də region üçün böyük təhlükəsizlik təminatıdır. Yeni strateji məqamların həyata keçirilməsi üçün bizim birliyimiz geniş əməkdaşlıq platformasıdır. Bu bəyannamə həmin platformanın həyata keçirilməsi baxımından böyük imkanlar yaradır. Digər ölkələrin regional maraqlarının birləşməsi üçün yeni hüquqi əsaslar formalaşdırır”.

Deputat qeyd edib ki, Şuşa Bəyannaməsi Azərbaycan Silahlı Qüvvələrinə müasir texnologiyalara sahiblənmək baxımından yeni imkanlar yaradır:

“Eyni zamanda, düşünürəm ki, Şuşada imzalanan və bəyan edilən yeni münasibətlər formatı hamının maraqlarına uyğundur. Bu kontekstdən yanaşdıqda bəyannamə tərəfdaşlıq və əməkdaşlıq baxımından gələcək münasibətlərin formalaşdırılmasında çox mühüm xarakter daşıyır. Bizim əməkdaşlığımız yalnız təhlükəsizlik və iqtisadi istiqamətləri əhatə etmir. Humanitar sahələri - təhsili, mədəniyyəti də özündə cəmləşdirəcək.

Şuşa Bəyannaməsi xalqlarımızın inkişafı üçün çox mühüm sənəddir. Bu tarixi hadisə gələcəyə yönəlik uzunmüddətli sistem yaratmaq üçün imkan formalaşdırır. İmzalanan sənədlərin Şuşanın adı ilə bağlı olması, bunun Azərbaycanın mədəniyyət paytaxtında həyata keçirilməsi yeni işıqdan xəbər verir”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm