Bölgədə dəhlizlərin bərpası qaçılmazdır - Deputat
Bizi izləyin

Nida Təhlil

Bölgədə dəhlizlərin bərpası qaçılmazdır - Deputat

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən Milli Məclisdə çıxışı zamanı region üçün strateji əhəmiyyət daşıyacaq məsələlərə toxundu. Qardaş ölkə rəhbərinin qeyd etdiyi məsələlərdən biri də "Altılıq platforması" ilə bağlı idi. Prezident Ərdoğan Rusiya, Türkiyə, Azərbaycan, İran, Ermənistan və Gürcüstan platforması yaradılmasının regional vacibliyini vurğuladı.

Publika.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov qeyd edib.

O bildirib ki, regionda əməkdaşlıq bölgədə uzunmüddətli sülhün formalaşması baxımından da vacibdir: "Kommunikasiyaların bərpası və əməkdaşlığın formalaşması üçün əsas layihələrdən biri də məhz Zəngəzur dəhlizinin açılmasıdır. Dəhlizin türk dünyasının birləşdirilməsi və regionda əməkdaşlıq üçün yeni imkanlar yaratması baxımdan vacib olmaqla yanaşı, bölgədə davamlı sülhün qorunub saxlanması aspektindən də mühüm olduğu vurğulanıb. Regionun kifayət qədər iqtisadi potensialı var və bu da regional dəhlizlərin əhəmiyyətini artırır. Daha geniş anlamda region ölkələrindən Türkiyə və Rusiya "Böyük İyirmiliyə" üzv olan dövlətlərdir. İran regionun aparıcı ölkələrindən hesab olunur. Cənubi Qafqazın isə dayanıqlı sülh kontekstində inkişaf perspektivləri yüksək qiymətləndirilir. Söhbət 3 trilyon dollarlıq ümumi daxili məhsulu olan region ölkələrinin bərpa olunacaq kommunikasiyalardan və xüsusən də Zəngəzur dəhlizindən istifadəsindən gedir.

Rusiya 1,7 trilyon, Türkiyə 761,4 milyard, İran 454 milyard, Azərbaycan 48,05 milyard, Gürcüstan 17,48 milyard, Ermənistan 13,67 milyard dollarlıq ÜDM-ə malikdir. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir, birbaşa həmin nəqliyyat dəhlizlərinin regional hissəsinin inkişafına həm də maliyyə dəstəyi nümayiş etdirir. Zəfərdən sonra regionda formalaşan yeni düzən fonunda bölgədə dayanıqlı inkişaf və sülh üçün dəhlizlərin bərpası qaçılmazdır".

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm