Ərdoğan nitqi ilə hər kəsi özünə heyran etdi - Şərh
Bizi izləyin

Nida Təhlil

Ərdoğan nitqi ilə hər kəsi özünə heyran etdi - Şərh

Şuşada imzalanan saziş tarixi əhəmiyyət daşıyır. Azərbaycan-Türkiyə münasibətlərini bu günə qədər mövcud olan ən yüksək səviyyəyə qaldırır.

Bu sözləri Publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Politoloq bildirib ki, Şuşa Bəyannaməsi iki ölkə arasında hərbi-siyasi müttəfiqlik əlaqələrini daha da inkişaf etdirəcək: “Rəcəb Tayyib Ərdoğan Milli Məclisdə çıxış edərkən erməni işğalının üzərində dayanıb işğalın nə qədər qanunsuz olduğunu terminlərlə izah etdi. Xüsusilə torpaqlarımızdan çıxarkən özlərindən sonra böyük dağıntı yaradaraq getdilər. Bu bəs deyilmiş kimi bütün ərazilərimizi minalayıblar. Ağdam rayonundan başqa digər minalanmış zonaların xəritəsini verməyiblər. Həmin xəritədən aydın olur ki, bəzi yerlərdə bir neçə kvadratmetr sahəyə 30 mina düşür. Bu səbəbdən həmin ərazilərə getmək təhlükəlidir. Ağdamın minalanmış xəritəsini isə Azərbaycan ərazisinə daxil olmuş 15 diversantın qaytarılmasından sonra verdilər”.

Qabil Hüseynli qeyd edib ki, Türkiyə birmənalı olaraq bütün məsələlərdə Azərbaycanın yanındadır: “Rəcəb Tayyib Ərdoğan bütün imkanları ilə Azərbaycanın yanında olduğunu vurğuladı. Bakı ilə Ankara arasında böyük saziş imzalandı, bu hərbi saziş iki ölkə arasında hərbi ittifaq yaratdı və bu ittifaqa gələcəkdə Pakistan və digər türkdilli ölkələr də qoşula bilər. Ən böyük məsələ isə Ermənistanın Dağlıq Qarabağın statusu haqda qaldırdığı iddiaların aradan qalxması oldu. Rəcəb Tayyib Ərdoğan bildirdi ki, Qarabağ adlı məkanın statusu olmayacaq. Ermənistan onsuz da bir dəfə Qərbi Azərbaycanı işğal etməklə öz dövlətlərini yaradıb. İndi də Azərbaycan ərazisində 2-ci erməni dövləti qurmaq xəyalları gerçək olmadı. Ərdoğan özünəxas yüksək natiqlik qabiliyyəti ilə Milli Məclisdə olan hər kəsi özünə heyran etdi. O, parlamentdəki çıxışında Şuşa Bəyannaməsində ehtiva olunan əsas məsələlər üzərində yenidən dayanıb qeyd etdi ki, bundan sonra Azərbaycan-Türkiyə münasibətləri daha sürətli inkişaf edəcək”.

Rahib Ələsgərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm