Ermənistan bu şansı itirsə, taleyi acınacaqlı olacaq - RƏY
Bizi izləyin

Nida Təhlil

Ermənistan bu şansı itirsə, taleyi acınacaqlı olacaq - RƏY

“Ermənistanda keçirilən seçkilərin nəticəsi göstərdi ki, bu ölkədə xalqın böyük bir hissəsi müharibəyə yox deyir”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə deyib. Millət vəkili bildirib ki, erməni xalqı 20 iyunda hərbi cinayətkarlardan öz səsini əsirgədi:

“Xalq hərbi cinayətkarlara səs vermədi. Erməni xalqının Nikol Paşinyanın partiyasına daha çox səs verməsinin səbəbi məhz ölkələrinin müharibə şəraitində deyil, qonşularla sülh, əmin-amanlıq şəraitində yaşamaq istəyindən irəli gəlir. İnsanlar sosial problemlərinin həllini istəyirlər. İstəyirlər ki, ölkənin iqtisadi problemləri həll olunsun. Korrupsiya rejimi ilə mübarizə apara bilən şəxs arzulayırlar. Bütün bunlar Nikol Paşinyan hökuməti tərəfindən nəzərə alınmalıdır. Onlar mütləq şəkildə yaxın müddətdə qonşulara qarşı ərazi iddialarına son qoyaraq Azərbaycanla, Türkiyə ilə, Gürcüstanla birgə əməkdaşlıqda maraqlı olmalıdırlar. Onlar dəvət olunduqları platformada əməkdaşlıq üçün hər bir zəruri addımı atmalıdırlar. Üçtərəfli bəyanatda nəzərdə tutulan bütün məsələlərin həllini sürətləndirməli və Ermənistanı normal bir ölkəyə çevirməlidirlər. Əks halda Ermənistan bu şansı itirəcək və yaxın müddətdə onun taleyi çox acınacaqlı olacaq”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm