Pandemiyadan yeganə çıxış yolu vaksinasiyadır - DEPUTAT
Bizi izləyin

Nida Təhlil

Pandemiyadan yeganə çıxış yolu vaksinasiyadır - DEPUTAT

"Vaksin bütün dünyada könüllülük prinsipləri əsasında aparılır, amma tətbiq edilən məhdudiyyətlər vaksinləməni 100% məcburi edir. Bu yalnız Azərbaycanda deyil, bütün dünyada belədir. O biri ölkələrdə vaksin vurdurmayanlar üçün şərtlər daha ağırdır və məhdudiyyətlər tətbiq edilir".

Publika.az xəbər verir ki, bu sözləri millət vəkili Razi Nurullayev deyib. Hər kəsi vaksin vurdurmağa səsləyən millət vəkili bildirib ki, pandemiyadan yeganə çıxış yolu vaksinasiyadır:

"Mən də vaksin vurdurmuşam və peşman da deyiləm. Sadəcə bir narahatlığım odur ki, vaksinləməni də siyasiləşdiriblər. Çin və Rusiya istehsalı vaksinləri Qərb tanımır. İndi nə edək? Mütləq Qərb istehsalı vaskin vurdurmalıyıq? Bu çox əcaib və ədalətsiz bir yanaşmadır və ikili siyasətdir. Bu yanaşmanı və siyasəti qətiyyətlə pisləyirəm.

Vaksin vurdurun. Yoxsa, hər addımda, hər idarədə, toyda, restoranda, iş yerində pasport soruşacaqlar. Vaxtınız, əsəbləriniz gedəcək, həm də risk qrupunda olacaqsınız. Virusdan qorunmağın yolu budur.

Bu həm də özünüzə aiddir. Təyyarəyə buraxmayacaqlar. Bakıda olan xarici şirkətlərə, xarici xəstəxanalara və digər xarici məkanlara (onlara tapşırıq keçməyəcək deyə) daxil ola bilməyəcəskiniz, işə düzəlmək başağrısı olacaq. Yəni hər addımda stress".

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm