• USD 1,7000 0,00% EUR 2,0067 +0,22%
    • GBP 2,3508 +0,58% RUB 0,0231 +0,43%

Şahin İsmayılov: "Bu il Silahlı Qüvvələr Gününü sonsuz qürur hissi ilə qeyd edirik"

Şahin İsmayılov: "Bu il Silahlı Qüvvələr Gününü sonsuz qürur hissi ilə qeyd edirik"

Ölkələri, xalqları dünyada söz sahibinə çevirən ən əsas amillərdən biri də onun güclü ordusudur. Tarixin bütün mərhələlərində xalqlar ordularına güvənib, onu təhlükəsizliklərinin əsas amillərindən hesab ediblər. Güclü orduya sahib olmaq bir tərəfdən dövlətin təməl prinsiplərindəndirsə, digər tərəfdən də dünya siyasətinə çox mühüm təsir imkanıdır.

Bunu Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyası idarə heyətinin üzvü Şahin İsmayılov AZƏRTAC-a açıqlamasında deyib.

Müasir müstəqillik dövründə Azərbaycan Ordusunun formalaşmasını və inkişaf tarixini üç dövr üzrə şərh edən deputat bildirib: “Birinci mərhələ yenicə müstəqillik qazandığımız dövrdür. Əfsuslar olsun ki, həmin dövrdə Azərbaycan Ordusu əsasən ayrı-ayrı siyasi qrupların təsiri altına düşən dəstələrdən ibarət idi. İşğal faktı ilə üzbəüz qaldığımız dövrdə həmin vaxt respublikaya rəhbərlik edən şəxslər ordudan daha çox öz məqsədləri üçün istifadə edirdilər.

İkinci dövr ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə ordu quruculuğunun başladığı mərhələdir. Güclü dövlətin təməl anlayışlarından birinin qüdrətli ordu olduğunu daim vurğulayan Ulu Öndər 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra məhz bu prinsipə söykənərək, ilk növbədə, güclü ordunun formalaşdırılması üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başladı. Qısa müddətdə böyük işlər görüldü, Azərbaycan Ordusunda neqativ hallar aradan qaldırıldı, zabitlərimizin nüfuzlu beynəlxalq ali hərbi məktəblərdə təhsil alması təmin edildi, Azərbaycan Ordusu NATO-nun bir neçə proqramında iştirak etdi, ordunun modernləşdirilməsi prosesi başladı, infrastruktur yenidən quruldu.

Üçüncü mərhələ isə Prezident İlham Əliyevin hakimiyyəti dövrüdür. Bu dövrdə Azərbaycan Ordusu inkişafının yeni mərhələsinə qədəm qoydu. Ordumuz sürətlə dünya standartlarına cavab verəcək şəkildə modernləşdirildi. Dövlət büdcəsindən orduya ayrılan vəsait bir neçə dəfə artırıldı, yeni və müasir silahlar alındı, infrastruktur daha da yaxşılaşdırıldı, zabit heyətinin peşəkarlığının artırılması üçün onların nüfuzlu ali məktəblərdə təhsil alması prosesi daha geniş vüsət aldı, Azərbaycan Ordusunun beynəlxalq sülhyaratma proseslərində iştirakı təmin edildi”.

Deputat bildirib ki, bütün bunların nəticəsində Azərbaycan Ordusu üzərinə düşən müqəddəs missiyanı - Vətənin ərazi bütövlüyünü Prezident, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə cəmi 44 gündə yerinə yetirdi. Bu gün Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordusu sırasındadır. Vaxtilə özlərindən mif yaradan və guya Cənubi Qafqazın “ən güclü ordusu” olan Ermənistan silahlı qüvvələri cəmi 44 gündə məhv edildi. Ordumuzun bu regionun ən güclü olması faktı real döyüş meydanında da təsdiqini tapdı. İndi Azərbaycan Ordusunun gücü beynəlxalq səviyyədə tanınır, qəbul olunur və hörmət edilir. Beynəlxalq beyin mərkəzləri ordumuzun tətbiq etdiyi döyüş taktikasını təhlil edir, dərindən öyrənir. Azərbaycan Ordusunun həyata keçirdiyi döyüş metodları hərb dərsliklərinə salınır.

“Bu il Azərbaycan xalqı Silahlı Qüvvələr Gününü sonsuz qürur hissi ilə qeyd edir. Azərbaycan Silahlı Qüvvələrin yaranmasının yubileyi münasibətilə keçirilən hərbi paradda Ermənistan rəhbərliyinə lazımi mesajı vermişdi. Bundan sonra erməni liderin sərsəm bəyanatlarına Ali Baş Komandamızın tarixi “Qarabağ Azərbaycandır və nida” ifadəsinin reallığa çevrilməsi, haqq savaşımızda qalibiyyətimiz güclü Azərbaycan dövlətinin qüdrətini bütün dünyaya bəyan etdi. Prezident, Müzəffər Ali Baş Komandan və güclü Azərbaycan Ordusu mənfur düşmənə bu gün də aydın mesaj verir: Dəmir Yumruq yerindədir”, - deyə Şahin İsmayılov bildirib.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR