• USD 1,7000 0,00% EUR 2,0195 +0,06%
    • GBP 2,3629 -0,02% RUB 0,0233 +0,43%

Ermənistanın yeganə yolu Azərbaycan və Türkiyə ilə sülhün əldə olunmasıdır - Politoloq

Ermənistanın yeganə yolu Azərbaycan və Türkiyə ilə sülhün əldə olunmasıdır - Politoloq

"Azərbaycan Prezidenti ermənilərə böyük sülh müqaviləsi imzalamaq barədə təklif edib. Ermənilər hələlik buna hazır deyillər. Nəzərə alaq ki, onlar yenicə seçkilərdən çıxıblar. Üstəlik, Ermənistanın Xarici İşlər Nazirliyi də demək olar ki, tam iflic vəziyyətdədir. Çünki bu işi aparmağa onların əlinin altında işlək bir mexanizm yoxdur. Yəni, Ermənistanın Xarici İşlər Nazirliyi tamamilə iflic durumdadır. Düşünmürəm ki, bununla bağlı orada hansısa bir hərəkət olsun. Ancaq bu təklif təkcə ermənilər üçün səsləndirilmir".

Bunu Publika.az-a Milli Məclisin deputatı Rasim Musabəyov deyib.

Millət vəkili bildirib ki, böyük sülh sazişi təkcə ermənilər üçün yox, daim onları himayə edən, onların yaxalarını cıran qüvvələrə yönəlib: "Birinci növbədə, Qərb də bunu anlamalıdır. ATƏT-in Minsk qrupunun işi-gücü yoxdur, onlar da rədd olunmuş ststus məsələsini soxuşdurmaq istəyirsə, onda buyursunlar, konkret məsələ ilə məşğul olsunlar. Yəni, Azərbaycan-Ermənistan arasındakı böyük sülh sazişinin detalları üzərində işləsinlər ki, bunu həyata keçirmək mümkün olsun. Halbuki ABŞ, Fransa, Rusiya 100 il bundan əvvəl ermənilərlə türklər arasında olan və ya olmayan hansısa bir hadisənin, gərginliyin aradan götürülməsi üçün səylər görsədirlər. İndi buyursunlar, Azərbaycanla Ermənistan arasındakı məsələni yoluna qoysunlar. Çünki münaqişə və işğal gözlərinin qabağında olub. Ancaq onu aradan qaldırmaq üçün səyləri heç bir nəticə vermədi. İndi buyursunlar, öz güclərini burada sınasınlar. Təkrar edirəm, mənə inandırıcı gəlmir ki, Ermənistan böyük sülh sazişini qəbul etməyə hazır olsun".

Deputat hesab edir ki, İrəvan bu məsələdə yaxasını da uzağa çəkmək iqtidarında deyil: "Ona görə ki, Ermənistan hərbi cəhətdən nə bu gün, nə yaxın zamanda, nə də haçansa Azərbaycanın torpaqlarına soxula biləcək. O iqtidarda, gücdə də olmayacaq. Belə olan halda münasibətlərin qurulması üçün yeganə alternativ həm Azərbaycanla, həm də Türkiyə ilə sülhün əldə olunmasıdır. Azərbaycan nümayiş etdirir ki, biz bölgədə sülhün tərəfdarıyıq. Yəni, öz tərəfimizdən bu yolu getməyə hazırıq. Onlar buna nə zaman hazır olacaqlar bəlli deyil. Hələlik ermənilər böyük sülh müqaviləsini imzalamağa hazır deyillərsə, bu proses addım-addım da həyata keçirilə bilər. Yəni, sərhədin dəqiqləşdirilməsi, diplomatik əlaqələrin qurulması, nəqliyyat dəhlizlərinin açılması məsələsini addım-addım gerəkləşdirmək olar. Eyni zamanda, orada 3-cü tərəf kimi iştirak edir. Bütün bunlar üçtərəfli bəyanatda öz əksini tapıb. Bu çərçivədə addımbaaddım irəli getmək mümkündür".

Tural Turan

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR