Paşinyan bunu etməsə, Azərbaycan xalqı... – İrəvan üçün STM-in sorğusundan çıxan NƏTİCƏ (VİDEO)
Bizi izləyin

Nida Təhlil

Paşinyan bunu etməsə, Azərbaycan xalqı... – İrəvan üçün STM-in sorğusundan çıxan NƏTİCƏ (VİDEO)

Video əlavə olunub.

xxx

Sosial Tədqiqatlar Mərkəzi (STM) 25 iyun-5 iyul 2021-ci il tarixlərində sorğu keçirib. 1073 respondentə ünvanlanan suallar arasında Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində Nikol Paşinyanın qalib gəlməsinin səbəbləri və Ermənistanın yeni hökumətindən gözləntilər də var.

Respondentlər seçkilərdə Nikol Paşinyanın qalib gəlməsinin əsas iki səbəbi kimi erməni xalqının müharibədən çəkindiyi üçün revanşistlərə səs verməməsini (48.1%) və ermənilərin Azərbaycan və Türkiyə ilə münasibətlərin bərpasını istəməsini (37.4%) görür. Hər beş nəfərdən biri sualı cavablandırmaqda çətinlik çəkib.

Paşinyanın hakimiyyətini davam etdirməsindən əsas gözlənti kimi Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur olacağı fikri geniş yayılıb (60.9%). Hər dörd nəfərdən biri (25.4%) düşünür ki, Paşinyanın hakimiyyətdə qalması 10 noyabr birgə bəyanatın şərtlərinə əməl olunmasını və Zəngəzur dəhlizinin açılmasını təmin edəcək.

Bu sorğunun nəticələri iki məsələni ayınlaşdırır.

Birincisi, Azərbaycan cəmiyyətinin Vətən müharibəsindən sonra bölgədə yaranmış reallığa və Ermənistanla gələcək əlaqələrə münasibəti necədir;
İkincisi, bu gözləntilər özünü doğrultmayacağı təqdirdə Azərbaycan xalqının tələbi nə olacaq?;

Paşinyanın qalib gəlməsinin səbəbləri haqda ortaya çıxan nəticə göstərir ki, Azərbaycan cəmiyyəti Ermənistan cəmiyyətinin nəbzini doğru oxuya bilib: ermənilər yeni müharibə istəmədikləri və bölgədə normal münasibətlər arzuladıqları üçün müharibədə məğlub olmuş Paşinyana səs verdi;

Azərbaycan cəmiyyətinin Paşinyan hakimiyyətindən gözləntiləri isə iki kontekstdə diqqət çəkir:

Birincisi, Azərbaycan hakimiyyətinə inamdır: respondentlərin 60,9 faizi hesab edir ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur olacaq;
İkincisi, Ermənistanın yeni hökumətindən gözləntidir: Paşinyan hakimiyyəti 10 noyabr birgə bəyanatın şərtlərinə əməl olunmasını və Zəngəzur dəhlizinin açılmasını təmin edəcək;

Burada Ermənistan hakimiyyətinin çıxarmalı olduğu nəticə önəmlidir. Əgər üçtərəfli bəyanatın şərtləri yerinə yetirilməsə və Zəngəzur dəhlizinə problemlər yaranarsa, Azərbaycanda yeni müharibəyə sosial sifariş yarana bilər. Azərbaycan xalqı inandığı, müharibədə qalib gələn hakimiyyətin prosesi başa çatdırması üçün istifadə edəcəyi güc yolunu sona qədər dəstəkləyəcək. Və bu, Ermənistan üçün heç də yaxşı nəticələr vəd etmir. Ermənilərin məhz müharibə istəmədiyi üçün Paşinyana səs verməsi reallığı da rəsmi İrəvanın düşünməli olduğu əsas məqamlardandır.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm