Əgər bu səfirlər səmimidirlərsə, gedib ermənilərin... - Deputatdan SƏRT SÖZLƏR
Bizi izləyin

Nida Təhlil

Əgər bu səfirlər səmimidirlərsə, gedib ermənilərin... - Deputatdan SƏRT SÖZLƏR

ABŞ, Fransa və Rusiya səfirlərinin Şuşaya getməkdən imtina etmələri bu ölkələrin Azərbaycanla münasibətlərdə səmimi olmadıqlarını göstərir. Eyni zamanda bu diplomatların bölgədə sülhün tez bir zamanda təmin olunmasında maraqlı olmadıqlarını söyləməyə əsas verir.

Publika.az xəbər verir ki, bu sözləri millət vəkili Ceyhun Məmmədov deyib.

O bildirb ki, hər üç ölkə həm də ATƏT-in Minsk qrupunun həmsədr ölkələridir və zaman-zaman sülhə nail olmaq üçün sözügedən təşkilatın fəaliyyətinin qabardılmasına, prosesdə aktiv iştirakına nail olmağa çalışırlar: "Bu cür yanaşma ilə ATƏT prosesə hansı töhfə verə bilər? Yoxsa onlar işğalçını - Ermənistanı dəstəkləyirlər? Əgər onlar səmimidirlərsə, gedib yerində ermənilərin törətdikləri vəhşilikləri, Azərbaycanın qısa müddətdə necə böyük quruculuq işlərinə başladığını görməli idilər".

C.Məmmədov qeyd edib ki, ABŞ, Fransa və Rusiya səfirləri Azərbaycanın yaratdığı yeni reallığı qəbul etməlidirlər: "Burada bir vacib məqam da var. Onlar Azərbaycanın bölgədə yeni reallıq yaratmasını qəbul etməlidirlər. Onsuz da Azərbaycan qarşısına qoyduğu bütün məqsəd və hədəflərə nail olacaq. Dövlətimiz Azərbaycanın narazılığını mütləq həmin ölkələrin diqqətinə çatdırmalıdır. Eyni zamanda, həmin dövlətlərlə əməkdaşlığını gücləndirilməsi, erməni yalanlarının ifşası istiqamətində siyasətini davam etdirməlidir".

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm