Azərbaycan bu məsələni siyasi yolla həll etmək istəyir - Deputat
Bizi izləyin

Nida Təhlil

Azərbaycan bu məsələni siyasi yolla həll etmək istəyir - Deputat

Prezident İlham Əliyev bir daha qeyd etdi ki, Zəngəzur dəhlizi açılacaq. Vətən müharibəsi zamanı onlar çox çalışırdılar ki, türk dövlətləri arasında quru sərhədləri olmasın.

Bunu Publika.az-a açıqlamasında millət vəkili Arzu Nağıyev deyib.

O qeyd edib ki, Zəngəzur dəhlizinin açılması beynəlxalq səviyyəli bir dəhlizin istifadəyə verilməsi deməkdir: “Ümumiyyətlə, bu ərazi tarixi Azərbaycan torpaqları olub və biz həmin torpaqlara qayıdırıq. Bizim heç bir dövlətin suveren ərazisinə qarşı iddiamız olmayıb, ancaq biz tarixi torpaqlarımızın bərpa olunması yolunda addımlar atacağıq. Prezident İlham Əliyevin də qətiyyətli çıxışı bu məsələlərdən ibarət idi. İlham Əliyevlə Vladimir Putin arasında keçən görüşdən sonra bu proseslər sürətlənəcək. Həmçinin, Şərqi Zəngəzur iqtisadi zonasının inkişafı üçün bu cür addımlar atılmalıdır. Revanşist qüvvələr belə planların həyata keçməməsini istəyir. Onlar İkinci Qarabağ müharibəsindən özlərinə ciddi nəticə çıxarmayıb. Ermənistan başa düşməlidir ki, Zəngəzur dəhlizinin açılması ilə onlar blokadadan çıxacaq”.

A.Nağıyev vurğulayıb ki, Qarabağda məskunlaşan erməni əsilli əhali Azərbaycan Respublikasının qanunlarına tabe olub yaşamalıdır: “Ermənistan hər zamankı kimi status xəyallarından əl çəkmir. Prezident İlham Əliyev isə qeyd etdi ki, hər hansı bir statusdan söhbət gedə bilməz. SSRİ dövründə hansısa qurum olmasına baxmayaraq, bu gün elə bir qurum yoxdur. Birləşmiş Millətlər Təşkilatı Qarabağın Azərbaycanın ərazisi olduğunu tanıyıb. Bu səbəbdən də hər hansı bir status məsələsindən söhbət gedə bilməz. Qarabağda 25 min erməni yaşayır və bu sayda olan əhaliyə heç vaxt status verilmir. Əgər Rusiya sülhməramlı qüvvələri öz öhdəliklərini yerinə yetirməsə, anti-terror əməliyyatı keçirilə bilər. Lakin Azərbaycan humanist addım ataraq bu məsələni siyasi yolla həll etmək istəyir. Bu əməliyyat bizim haqqımızdır və biz həmin əməliyyatı həyata keçirmək üçün kimlərdənsə icazə almayacağıq”.

Rahib Ələsgərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm