Nida Təhlil
Azərbaycan çətinə düşərsə, Türkiyə bu dəfə... – Abdullah Ağar DANIŞDI
“Azərbaycan ərazi bütövlüyünün bərpası, Qarabağ məsələsində yalnız deyil. Türkiyə hər zaman olduğu kimi, indi də Azərbaycanın yanındadır. Azərbaycan dövləti çətinə düşərsə, darda qalarsa Türkiyə yenə də onun yanında yer alacaq. Özü də bu dəstək ən güclü, qüvvətli dəstək olacaq”.
Bunu Publika.az-a açıqlamasında terror və təhlükəsizlik məsələləri üzrə türkiyəli ekspert Abdullah Ağar deyib. Ekspert bildirib ki, Azərbaycan indiki həssas mərhələdə son dərəcə səbrli olmalıdır:
“Türkiyədə bir məsəl var, məğlub olan dəvə yenə güləşmək istəyər. Ermənistanın indiki durumu bu məsəldəki dəvənin halına bənzəyir. Azərbaycan Ordusu Ermənistanın qoşunlarını əzə-əzə məğlub etdi. Ancaq son mərhələdə Rusiyanın müdaxiləsi ilə Ermənistan daha ağır məğlubiyyətdən xilas oldu və indi də bəzi iddialar irəli sürür. Yəni İrəvan Bakının iradəsini, müqavimətini önəmsəməyən bir sıra bəyanatlar səsləndirir. Bir sıra təxribatlara əl atır. Erməni snayperlər sərhəddə təxribatlar törədirlər. Dövlət sərhədində ağır silahlardan istifadə etməklə atəşkəsi pozmağa çalışırlar. Ən son Kəlbəcər istiqamətində Azərbaycan Ordusunun bir əsgəri snayper atəşi nəticəsində şəhid oldu. Azərbaycan da artıqlaması ilə bunun qarşılığını verir. Bununla yanaşı, işin içində bəzi imperialist qüvvələr var. Hazırkı dönəmdə diqqətli olmalıyıq. İndiki mərhələdə son dərəcə soyuqqanlı olmalıyıq. Amma haqqın, ədalətin də böyük bir qətiyyətlə, qərarlılıqla qorunması labüd olan bir mərhələdəyik. Bu mərhələdə Azərbaycan öz üzərinə nə düşürsə, onu da gerçəkləşdirməkdədir. Yəni həm haqqını qoruyur, həm də beynəlxalq hüquqa özünü, gücünü, mübarizəsini manipulyasiya etmək istəyənlərə qarşı bir mövqe sərgiləyir. Bu istiqamətdə də lazımi addımlar atır”.
Abdullah Ağarın fikrincə, düşmənin ən böyük silahı savaşmaqdan qorxan millət və dövlətdir, eyni zamanda müharibədən qorxan bir ordudur:
“Türkiyə ilə Azərbaycan strateji müttəfiqlik səviyyəsində bəyannamə imzaladı. Bu anlaşma çərçivəsində cənab Əliyev 1920-ci ildə imzalanan Qars müqaviləsinə işarə etdi. Türkiyənin Naxçıvanın qarantı olması ilə bağlı fikir səsləndirdi. Daha öncə də bildirmişdim, Türkiyə bundan sonra Qafqazda olacaq. Bundan sonrakı mərhələ güclü və iradəsi sağlam olan tərəfin iradəsini qarşı tərəfə qəbul etdirmə mərhələsidir. Yəni biz öz torpaqlarımızı almaqla, ərazi bütövlüyümüzü bərpa etməklə iş bitmir. Bu torpaqları böyük bir iradə və qətiyyətlə qorumaq lazımdır. Məğlubiyyətin psixoloji sarsıntıları ilə Ermənistanın bu zavallılığını, acizliyini və düşmən münasibətini başqaları Azərbaycana qarşı istifadə edə bilər. Bu, “iki vuraq iki, bərabərdir dörd” misalı qədər konkret gerçəkdir”.
Tural Turan
-
Kriminal16:40
Azərbaycanda yutuber həbs edildi - Şantajla məşğul imiş
-
Sosial16:22
Müavinət və təqaüd alanların nəzərinə!
-
Art15:55
Dəhşətli terrorda həlak oldu, "Təhminə və Zaur" üçün yazdığı... - Xalq artistinin acı həyat hekayəsi
-
Dəb15:16
Əməkdar artist italyan stili ilə diqqət mərkəzində - FOTO
-
Kriminal14:40
7 yaşlı uşağı öldürən məşqçiyə hökm oxundu
-
Sosial14:05
Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - Komitə sədri açıqladı
-
Qoroskop13:26
Aprelin bəxtəvər 3 bürcü - Şans ayaqlarına gələcək
-
Dünya12:50
Yəhudilər Netanyahunu devirməlidir, yoxsa... - Sensasion açıqlama