Azərbaycan Ordusu strateji nöqtələrdə oturmalıdır - Politoloq
Bizi izləyin

Nida Təhlil

Azərbaycan Ordusu strateji nöqtələrdə oturmalıdır - Politoloq

Ermənistanla sərhəddə atışmalar davam edir. Paşinyan Azərbaycanla sərhəddə rus hərbçilərinin yerləşdirilməsinə razılıq verməsinə baxmayaraq, niyə sonuncular hələ də sərhəddə çəpər rolunu oynamaqdan imtina etməkdədirlər?

Soyuqların düşməsi və demarkasiya prosesinə qədər sığortalanmaq üçün Azərbaycan Ordusu strateji nöqtələrdə oturmalıdır. Bu, bizim üçün olduqca vacibdir. Yüksəkliklər, İrəvandan İrana və Gürcüstana gedən yollar nəzarətimizdə olmalıdır.

Publika.az xəbər verir ki, bu sözləri Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov qeyd edib. Politoloq əlavə edib ki, ermənilər 4 il sonra 2 şərtimizdən birini qəbul etməli olacaqlar, ya vətəndaşlığı qəbul edib təslim olacaqlar, ya da onları oradan iti qovan kimi qovacağıq:

"Rus sülhməramlıların nəzarətində olan ərazilərdə nə baş verir?

Erməni KİV-nin məlumatına görə, "Hayastan" fondu tərəfindən həmin ərazilərdə tikinti işlərinə start verilməkdədir.

Biz sovetlər zamanı ermənilərin Bakıda və rayonlarda necə yaşadıqlarını, axırda bizə qarşı hansı təxribatları hazırladıqlarını unutmamalıyıq.

Ermənistan rəhbərliyi sülhün təmin edilməsi üçün konkret addımlar atmalıdır. Hələlik isə erməni mediası Şərqi Zəngəzur və Şuşanın, Hadrutun guya Azərbaycan tərəfindən "işğal" edildiyini və vaxtı gələndə buna son qoyacaqlarını yazır".

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm