Bu, Ermənistan üçün faciə olacaq - Şərh
Bizi izləyin

Nida Təhlil

Bu, Ermənistan üçün faciə olacaq - Şərh

Aydın görünür ki, baş nazir vəzifəsini icra edən Nikol Paşinyan vəziyyəti idarə edə bilmir. Ola bilsin ki, onun bu prosesdə bilavasitə əli yoxdur, ancaq hər halda o, çalışmalıdır ki, vəziyyəti nəzarəti altına keçirsin.

Bunu Publika.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Politoloq qeyd edib ki, Ermənistan üçüncü münaqişəyə dözə biləcək bir dövlət deyil: “Məsələ onda deyil ki, Ermənistan ordusunun 80 fazini Azərbaycan Ordusu 44 gün ərzində məhv etdi. Məsələ ondadır ki, artıq Ermənistan dövlət kimi subyektliyinin minimum həddinə çatıb. Əgər yeni müharibə olsa, Ermənistan sadəcə kartoqrafik xəritədə ola biləcək bir ölkəyə çevriləcək. Çünki bu ölkə faktiki olaraq xaricdən idarə olunur. Seçkilərdən sonra hakimiyyət formalaşmayıb və xarici dövlətlər bu boşluqdan istifadə edərək çalışırlar ki, öz müdaxilələrini genişləndirsinlər. Onların əsas məqsədlərindən biri odur ki, yeni status yaradılsın, ancaq Azərbaycanın yaratdığı yeni reallıq dəyişməz olaraq qalacaq. Ermənistanın daxilində olan radikal birləşmələr, təşkilatlar çalışırlar ki, beynəlmiləl zolaq yaratsınlar. Ermənistan istəyir ki, son şansından istifadə etsin, amma Azərbaycan öz xəbərdarlığını edib”.

T.Abbasov bildirib ki, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, əgər Ermənistan ağlını başına yığmasa, bu proseslərin sonu onlar üçün sözün əsl mənasında faciə olacaq: “Biz Ermənistana sülhlə bağlı gündəlik ötürmüşük. Bu çıxış çox vacib bir bildiriş olub, fəaliyyət proqramına işarə edən gedişdir. Qərb dövlətləri bura müdaxilə edərək istəyirlər ki, Rusiyanın regionda rolunu azaltsınlar. Əgər hərbi toqquşma olsa, Rusiya Ermənistanın mövqelərini müdafiə etməyəcək. Çünki burada bütövlüklə məsuliyyət onların üzərinə düşür. Prezident İlham Əliyev qeyd etdi ki, Ermənistan 10 noyabr bəyanatına imza atmaqla kapitulyasiya aktını qəbul edib və bu, sülhə bərabərdir. Ermənistan imzaladığı sənədlərə hörmətlə yanaşmalı, qanunvericiliyin tələblərinə riayət etməlidir”.

Rahib Ələsgərov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm