Ermənistan sülh danışıqlarına hazır deyil - Politoloq
Bizi izləyin

Nida Təhlil

Ermənistan sülh danışıqlarına hazır deyil - Politoloq

Bu gün Kəlbəcərdə yaşanan hadisələr son bir ayda baş verən təxribatların zirvəsidir. Baş verənlər bir daha göstərir ki, sərhəddə atəşkəsin pozulması kifayət qədər dərin məsələdir.

Bunu Publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Politoloq qeyd edib ki, Ermənistan 44 günlük Vətən müharibəsindən sonra özünü çox təkəbbürlü aparır:

“Paşinyanın çıxışları və ifadələri çox dəyişib. Vətən müharibəsindən əvvəl etdikləri çıxışlara bənzər ifadələr işlətməyə başlayıb. Bu cür hərəkətlərdən başa düşmək olar ki, Ermənistan sülh danışıqlarına hazır deyil. Sözsüz ki, onları bunu etməyə təşviq edən və onları dəstəkləyən xarici ölkələr var. Ermənistana ən çox dəstək verən ölkələrdən biri də Fransadır. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelində fransız olub, onlara 2,6 milyard euro ayırması da təsadüfi deyil. Ermənistana onların büdcəsindən qat-qat artıq yardım etməkdə məqsədləri nədir bilinmir. Qərb dövlətləri hər zamanki kimi təcavüzkar dövləti müdafiə etməyə davam edir. Q.Hüseynli vurğulayıb ki, Avropanın dəstəklədiyi Ermənistan dövləti danışıqlar masasına gəlmək istəmir: “ Ermənistanın məğlub olmasına baxmayaraq Azərbaycan tərəfinə şərtlər irəli sürür. Onlar elə şərtlər irəli sürür ki, Azərbaycan tərəfi heç vaxt bunları qəbul etməz. Qarabağın statusu haqqında olan xülyalarından əl çəkmirlər. Birləşmiş Millətlər Təşkilatına üzv olan bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Ermənistan tərəfi məğlubiyyətdən nəticə çıxarmaq əvəzinə bizə qarşı iddialar irəli sürür. Bu, bütövlükdə milliyətçiliyin ifrat dərəcəsi olan faşizmin təzahürüdür. Ermənilər ipə-sapa yatmayır, sərhədlərin dəqiqləşdirilməsində təxribatlar törədir. İndi isə sərhəddə minaatanlardan istifadə edərək atəşkəsi pozurlar. Bu o dəməkdir ki, Ermənistan hərbi təcavüzdən əl çəkmir”.

Rahib Ələsgərov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm