Ermənistan təxribatlar törətməyə davam edərsə... - Şərh
Bizi izləyin

Nida Təhlil

Ermənistan təxribatlar törətməyə davam edərsə... - Şərh

Ermənistan bü cür təxribatlar törətməklə sərhəddə demarkasiya və delimitasiya işlərinin ləngiməsinə səbəb olur. Ermənistan hakimiyyəti sülh müqaviləsini imzalamaq istəmir.

Bunu Publika.az-a açıqlamasında politoloq Fikrət Sadıqov deyib.

Politoloq qeyd edib ki, Fransa və Rusiya kimi ölkələr Ermənistanı dəstəkləməklə onu daha da azğınlaşdırırlar: “Azərbaycan Ordusu onların sərhəddə törətdikləri təxribatlara layiqli cavab verir. Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvlərini sərhədə dəvət etməsi heç nəyi dəyişdirməyəcək. Çünki o təşkilatın əsas qurucusu Rusiya dövlətidir və onlar da neytral mövqe tutur. Rusiya bizim müttəfiqimiz olmasa da, Ermənistana bu məsələdə o qədər də dəstək vermir. Ermənistan tərəfi istəyir ki, KTMT-nin üzvləri bu məsələyə daxil olsun, ancaq onların heç biri qoşunlarıyla ermənilərə kömək etməyəcək. Çünki o təşkilatın daxilində Belarus və Qazaxıstan kimi müttəfiqlərimiz var. Ermənistanın atəşkəsi pozmaqda məqsədi vəziyyəti gərgin saxlayıb bizi günahlandırmaqdır”.

F.Sadıqov vurğulayıb ki, Ermənistan tərəfi yaxşı bilir ki, biz uzun müddət bu cür hallara göz yuman tərəf deyilik: “Kəlbəcər Azərbaycanın ən mühüm regionlarından biridir. Ermənilər hələ də öz xülyalarından əl çəkmir və görünür ki, onlar Kəlbəcərdə atəşkəsi pozmağa davam edəcəklər. Ancaq Ermənistan tərəfi bu cür təxribatlar törətməyə davam edərsə, etdikləri əməllərin nəticəsi heç də yaxşı olmayacaq. Biz müharibənin tərəfdarı deyilik, Ermənistan tərəfi bu cür əməllər törədərək bizi təhrik edir. Azərbaycan bütün siyasi yollardan istifadə edir. Onlar təxribatlar törətməyə davam edərsə, biz hərbi potensialımızdan istifadə edə bilərik. Əgər onlar daha da azğınlaşsalar, Azərbaycan tərəfi ermənilərin cavabını layiqincə verəcək”.

Rahib Ələsgərov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm